Azərbaycanın 5 bəndlik təklifi! - “Ermənistanın cavabı qaneedici deyil”
Yusif Nəzərli
12:28 18.03.2022
Gündəm
852
Ermənistanın hakim partiyası bu gün parlamentin qapalı iclasını keçirə bilər. Bu barədə “Joxovurd” qəzetində məlumat verilib. Məlumatda iclasın əsas müzakirə mövzusunun Azərbaycanın sülh üçün təklif etdiyi beş baza prinsipi olduğu qeyd edilir. Eyni zamanda iclasda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da iştirakı gözlənilir.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bu barədə “Sherg.az”a danışıb:
“Biz Azərabycan tərəfin irəli sürdüyü 5 baza prinsipi ilə bağlı rəsmi İrəvanın cavabını hələ həftənin əvvəli Ermənistan Xarici İşlər Nazirliyinin timsalında eşitdik:
“Bu heç də qaneedici cavab olmadı. Çünki Ermənistan tərəfi 5 baza prnsipinə qarşı xalqların öz müqəddaratını təyin etmək, ATƏT-in Minsk Qrupu xətti ilə tənzimləmə və status məsələsini gündəmə gətirdi.
Bu cavabdan məlum olur ki, rəsmi İrəvan 10 noyabr razılaşmasının yekunlarına əməl etmək niyyətində deyil”.
Ə.Əlibəylinin fikrincə, Ermənistan parlamentində belə bir iclasın keçirilməsinin əsas səbəbi rəsmi Bakı ilə razılaşmasında Nikol Paşinyanın məsuliyyəti tək başına üzərinə götürmək istəməməsidir:
“Beynəlxalq hüquqa əsasən Ermənistan 10 noyabr razılaşması ilə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. İndi Nikol Paşinyan belə bir məsələyə imza atmaqda təkbaşına məsuliyyəti daşımaq istəmir. Bir növ bu məsuliyyəti parlamentin də üzərinə qoymağa çalışır”.
Ekspertin qənaətincə, keçiriləcək iclasda çox güman ki, Ermənistan XİN başçısı A.Mirzoyanın 5 baza prisipi ilə əlaqədar Azərbyacana verdiyi cavabla bağlı hökumətin ümumiləşmiş mövqeyini bildirəcək:
“Rəsmi İrəvandan indiki halda yekun sülhlə bağlı hansısa açıqlamanın gəlməsi o qədər də inandırıcı görünmür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya