
Azərbaycanın xarici siyasəti ardıcıl və bütövdür
Yusif Nəzərli
04:50 21.07.2024
Gündəm
543
İlham Əliyevin yüksək diplomatik istedadı və milli maraqlara əsaslanan siyasəti ilə müasir tariximizin yeni və şərəfli dövrü yazılı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Böyük Britaniyada işgüzar səfərə gedib.
Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə Londona səfər etməsi dünya mediasının da, siyasi analitiklərin də diqqət mərkəzində dayanan hadisələrdən biridir. Rəsmi Bakı üçün Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında dünyanın və Avropanın siyasi gələcəyinin müzakirə edilməsi ilə yanaşı, Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafının perspektivləri də çox önəmlidir.
Ümumiyyətlə, 44 günlük Vətən müharibəsinin qalibiyyətlə başa çatmasından sonra bütün sahələrdə olduğu kimi xarici siyasət sahəsində də qarşıda yeni üfüqlər açılıb. Ermənistan-Azərbaycan münaqişəsi uzun illər ərzində ölkəmizin böyük potensialını ortaya qoymasına maneçilik törədirdi. İndi isə dünya ölkələri ilə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, təmaslarını gücləndirmək məsələsində Ermənistan və Qarabağ problemi adlı maneə yoxdur.
Son illərdə isə Azərbaycanın xarici siyasəti artıq regionun hüdudlarından kənara çıxıb. Ölkəmiz hazırda dünyada orta güc hesab olunan ölkələr kateqoriyasına daxildir.
Prezident İlham Əliyevin yalnız bu ay üçün gündəliyinə nəzər yetirdikdə dövlətimizin başçısının xarici siyasətdə ardıcıllıq və bütövlük nümayiş etdirdiyinin əyani şahidi oluruq. Prezidentin Astana səfəri, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirdiyi görüşlər, Çinlə imzalanan strateji tərəfdaşlıq sazişi, Astanada Rusiya Prezidenti ilə görüşü, Azərbaycan-Türkiyə-Pakistan formatında əməkdaşlıq, BRICS-lə münasibətlərin güclənməsi, bunun ardınca isə Londona səfər, bu platformada Azərbaycanın iştirakı dövlətimizin başçısının yürütdüyü xarici siyasətin uğurlu və çoxşaxəli olduğundan xəbər verir.
Politoloq Qabil Hüseynlinin də “Sherg.az"a açıqlamasında qeyd etdiyi kimi, müharibədən sonra qazanılan tarixi qələbə, xüsusilə Azərbaycanın hərbi, diplomatik və informasiya məkanındakı uğurları nəticəsində yaranmış reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında yeni yanaşmalar tələb edir.
Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin müdrik dövlət başçısı kimi yüksək diplomatik istedadı və milli maraqlara əsaslanan xarici siyasəti sayəsində Azərbaycanın müasir tarixinin yeni və şərəfli dövrü yazılır:

“Yeni dövrdə xarici siyasətin əsas istiqamətlərindən biri Qoşulmama Hərəkatıdır. Azərbaycanın təşkilata sədrlik etdiyi illərdə Qoşulmama Hərəkatı yeni müstəviyə qədəm qoyub. Azərbaycan Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə ölkəmiz dünyanın müxtəlif regionlarını bir araya gətirdi və fikir birliyini inkişaf etdirdi. Ayrı-ayrı ölkələrin və bütövlükdə, dünyanın üzləşdiyi, müasir terminlə desək, çağırışların aradan qaldırılmasına töhfələr verdi. Nəticədə ölkəmizin dünyadakı mövqeləri möhkəmləndi. Ölkəmiz qlobal səviyyədə yardımsevər, sülhpərvər siyasət yürüdən etibarlı tərəfdaş imicini qazandı.
Onu da qeyd etməliyəm ki, ikitərəfli formatda əməkdaşlığın tərəfdarı olan, xarici siyasətini bərabərhüquqlu münasibətlərə, bir-birinə hörmət və daxili işlərə qarışmamaq prinsipi üzərində quran Azərbaycan Respublikası yeni dövrdə qlobal arenaya orta güc kimi daxil olmaqdadır. İqlim dəyişikliyi məsələləri üzrə dünya miqyasında ən böyük beynəlxalq konfransa COP29-a ev sahibliyi etməyimiz də bunun bir göstəricisi hesab olunmalıdır.
Həm COP29, həm də Azərbaycanın ev sahibliyi etdiyi və edəcəyi digər qlobal tədbirlər ölkəmizin dünyada nüfuzunun böyük dərəcədə artdığını göstərir.
Azərbaycan artıq regional çərçivədə fəaliyyət göstərən dövlət deyil, dünyanın müxtəlif bölgələrində fəal əməkdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, qlobal problemlərin həllində aktiv iştirak edən və buna əməli töhfələr verən ölkə kimi qəbul olunur.
COP29 isə dünyanın gündəliyində dayanan, ən mühüm problemin həllinə həsr olunan qlobal tədbirdir. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsinin dünya ölkələri tərəfindən dəstəklənməsi ölkəmizin səmərəli, çoxtərəfli danışıqlar aparmaq, dünyanın ayrı-ayrı regionlarında fərqli baxışları bir araya gətirmək, konsensus əldə etmək, qlobal problemlərin həllinə töhfə vermək bacarığının və güclü potensialına olan inamın nəticəsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə