Baş prokuror Azərbaycan-Türkiyə əlaqələrindən danışıb
14:41 26.07.2024
Gündəm
324
Azərbaycan-Türkiyə əlaqələri etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəlib.
"Report"un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya ilə görüşdə deyib.
Baş prokuror qardaş Türkiyə ilə xalqımızın Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" və türk xalqının Ulu Öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" fəlsəfəsi ilə tarixən milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdiyini bildirərək, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksədiyini qeyd edib.
Baş prokuror Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti ilə Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqda danışaraq, bu ilin iyun ayında Xankəndi şəhər prokurorluğunun təntənəli açılış mərasiminin keçirildiyini bildirib.
Kamran Əliyev cari ilin noyabr ayında dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un və cari ilin 29 sentyabr – 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyi barədə qonaqları məlumatlandırıb.
Türk Dövlətləri Təşkilatı çərçivəsində prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. 2021-ci ildə Bakıda təsis edilmiş TDT Baş Prokurorlar Şurasının bu ilin 25 iyul tarixində Bişkekdə sayca üçüncü iclasının keçirilməsi hüquq-mühafizə orqanlarımız arasında davamlı və səmərəli fəaliyyətin bariz nümunəsi olduğu vurğulanıb.
Səmimi qəbula görə təşəkkürünü ifadə edən Kadir Özkaya iki ölkə arasında bütün sahələri əhatə edən münasibətlərin yüksək səviyyədə olmasından bəhs edib. Sədr azərbaycanlı və türkiyəli hüquqşünaslar arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinin önəmindən danışaraq, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm