
Çavuşoğlu - Lavrov gərginliyinin “tərcüməsi”:“Rusiya Türkiyənin qırmızı cizgini keçdiyini..."
Yusif Nəzərli
11:11 11.03.2022
Gündəm
1312
“Antalya Formunu təşkil edən Türkiyənin beynəlxalq müzakirə platformasına çevrilməsi Rusiya tərəfində gərginlik yaradır”
“Qardaş ölkənin regional gücdən beynəlxalq gücə çevrilməsini qəbul edə bilmir”
Antalyada keçirilən sammitdə Rusiya xarici işlər naziri Sergey Lavrovla Türkiyə XİN baçısı Mövlud Çavuşoğlu arasında gərginlik yaşanıb. M.Çavuşoğlu S.Lavrova dayanmalı olduğu xətti göstərib. Lavrov isə sonradan Türkiyə XİN başçısının özünün xətti keçdiyinə işarə vurub. Görüntülər qısa zamanda sosial şəbəkələrdə gündəm olub. Əlbəttə, bu məqam dünya mətbuatının manşetinə çevrildi. Bəzi siyasət nəhəngləri bunu siyasi dilə tərcümə edib, müxtəlif proqnozlar, rəylər veriblər.

Politoloq Məhəmməd Əsədullazadə həmin görüntülərdən “sherg.az”a danışarkən bildirib ki, hazırda Türkiyənin regional beynəlxalq müstəvidə aktual bir ölkəyə çevrilməsi böyük dövlətləri narahat edir və onlar rəsmi Ankaraya qırmızı cizgini keçdiyinə dair mesajlar da verirlər:
“Lavrovun Çavuşoğlu ilə görüşündə də bu hal müşahidə olundu. Rusiya Ukrayna məsələsində Türkiyənin vasitəçiliyini qəbul etsə də, onun regional gücdən beynəlxalq gücə çevrilməsini qəbul edə bilmir. Xüsusilə indi Qərblə Rusiya arasında yaşanan siyasi, hərbi böhranın fonunda Türkiyənin beynəlxaq nizamı qaydaya salmaq cəhdi rəsmi Moskvanı narahat edir”.
Politoloqun sözlərinə görə, Antalya Formunu təşkil edən Türkiyənin beynəlxalq müzakirə platformasına çevrilməsi Rusiya tərəfində gərginlik yaradır:
“Lavrovun da Forumda Türkiyə XİN başçısına belə mesaj verməsi göstərir ki, Rusiya rəsmi Ankaranın Ukrayna məsələsində qırmızı cizgini keçdiyini düşünür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət