Çernobıl AES-dən Ukrayna boyu radioaktiv toz yayılır - XƏBƏRDARLIQ
Yusif Nəzərli
10:16 05.03.2022
Gündəm
394
Çernobıl AES-də radioaktiv tozun yayılması təhlükəsi var.
Bu barədə Slavutiç şəhərinin meri Yuriy Fomiçev telemarafon zamanı xəbərdarlıq edib.
O xatırladıb ki, Rusiyanın Ukraynada əməliyyatlarının başladığı ilk gün Çernobıl AES ələ keçib.
“Orada olan insanları əvəz edə bilmirik, artıq 10 gündür işləyirlər. Onlar iki qrupa bölünüblər. Buna baxmayaraq mənəvi, fiziki, emosional yorulublar və bu, nüvə təhlükəsidir, çünki heyət stabil işləməlidir”, – Fomiçev bildirib.
Eyni zamanda o qeyd edib ki, Çernobıl işçiləri ilə ünsiyyət məhduddur.
“Biz onlarla əlaqə saxlayırıq, lakin hazırda stansiya növbəsini əvəz etmək üçün zəmanətli “yaşıl dəhliz” yoxdur”, - deyə o, əlavə edib.
Şəhər rəhbəri qeyd edib ki, Çernobıl səbəbindən Rusiyanın hərbi texnikasının hərəkəti üçün əsl dəhliz yaranıb.
“Çernobıl zonasından hərəkət edən bütün avadanlıqların üzərindəki radioaktiv tozlar Kiyev istiqamətində bütün Ukrayna ərazisinə daşınır”, - deyə Slavutiçin meri vurğulayıb.
Bundan başqa, mer qeyd edib ki, obyektdə texnikaların intensiv hərəkəti müşahidə olunur və bu təhlükəlidir.
“Allah eləməsin, orda hərbi əməliyyatlar başlasa, bu, qəzanın baş verdiyi 4-cü enerji blokuna təsir edə bilər, nəticədə radioaktiv toz yayıla bilər. Orada çox böyük təhlükə var”.
Fomiçev stansiyanın işçilərinin məhdud qidalandığını, onların dərman çatışmazlığı yaşadığını deyib.
O Rusiya hərbçilərinin stansiya işçilərinə qarşı yalnız öz yerlərində qalıb işləməkdən başqa heç bir tələb irəli sürmədiklərini, bununla belə perimetrdən kənara da heç kimi buraxmadıqlarını deyib.
Mənbə: UNİAN
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi