Dövlət Komitəsində ABŞ nümayəndələri ilə görüş keçirilib
15:36 12.07.2024
Gündəm
470
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov iyulun 12-də ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı İdarəsinin (BDAİ) beynəlxalq dini azadlıqlar və xüsusi tapşırıqlar üzrə səfirinin müavini Ceyson Maklarni ilə görüşüb.
Bu barədə "Sherg.az"a Dövlət Komitəsindən məlumat verilib.
Məlumata görə, Azərbaycandakı tolerantlıq və həmrəylik mühiti barədə danışan sədr müavini bildirib ki, bu mühitin qorunması və möhkəmləndirilməsi, insanların dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dini təhlükəsizliyin bərqərar olması dövlətin qarşısında duran başlıca vəzifələrdən biridir. Azərbaycanda bütün dini konfessiyalar hərtərəfli diqqət və qayğı ilə əhatə olunur, zərərli dini ideyalar yaymayan, dinlərarası münasibətlərə xələl gətirəcək şəkildə fəaliyyət göstərməyən bütün dini icmalara zəruri şərait yaradılıb. Həmçinin hər il dövlət büdcəsindən ölkədə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədilə həm İslam, həm də qeyri-islam dini icmalarına maliyyə yardımı ayrılır. Gündüz İsmayılov vurğulayıb ki, bu gün Azərbaycan təkcə sosial-iqtisadi uğurlarına, hərbi-siyasi potensialına görə deyil, eyni zamanda vicdan azadlığının və multikultural mühitin təmin edilməsi, yüzilliklər ərzində formalaşmış tolerantlıq ənənələrinin qorunması, eləcə də tarixi-dini abidələrin bərpasına görə regionun aparıcı dövlətidir.
Görüş zamanı ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı ilə bağlı 2023-cü il üzrə hesabatına da toxunan sədr müavini Azərbaycan reallıqlarının təhrif edildiyini diqqətə çatdırıb.
Ətraflı məlumata görə minnətdarlığını bildirən qonaq dini qurumların qeydiyyatı, fəaliyyəti, habelə digər müfaviq məsələlərlə bağlı fikirlərini bölüşüb.
BDAİ-nin Şərqi və Cənubi Avropa ölkələri üzrə müşaviri Sonya Fernandes, ABŞ-nin Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Dayana Braun və Dövlət Komitəsinin rəsmilərinin iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət