Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa hazırdır - Rubinyan
16:08 12.07.2024
Gündəm
457
İrəvan Azərbaycanla sərhədlərin delimitasiyası prosesini davam etdirməyə və tezliklə sülh müqaviləsi imzalamağa hazırdır. Bunu 10-cu BRİKS Parlament Forumu zamanı Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.
O qeyd edib ki, Ermənistan-Azərbaycan sərhəd xəttinin 12 kilometrə yaxın hissəsi artıq delimitasiya olunub və hər iki tərəfin sərhəd xidmətləri sərhədin müvafiq hissələrində yerləşir.
"Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda heç bir iddiası yoxdur və delimitasiya prosesinin davam etdirilməsi, sülh müqaviləsinin mümkün qədər tez başa çatdırılması və imzalanması üçün konstruktiv və intensiv işə hazırdır" - Rubinyan bildirib.
O qeyd edib ki, Ermənistan həm də regional kommunikasiyaların açılması ilə beynəlxalq tranzit marşrutlarının bir hissəsi olmaqda maraqlıdır. Cənubi Qafqazda iri infrastruktur layihələri region ölkələri və ondan kənar ölkələr üçün birləşdirici amilə çevrilə bilər.
"Cənubi Qafqazda nəqliyyat marşrutlarının bərpası və açılması iqtisadi münasibətlər sisteminin davamlı regional modelinin formalaşmasına gətirib çıxarmalıdır" - erməni diplomat bildirib.( Sputnik)
O əlavə edib ki, sülh gündəliyinin bir hissəsi kimi Ermənistan hökuməti "Sülh kəsişməsi" layihəsini hazırlayıb. Bu, ölkələrin suverenliyinə və yurisdiksiyasına, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların açılması layihəsidir.
"Bütün tərəflərin maraqlarını birləşdirməklə, bizim regionda əməkdaşlıq və tərəqqi yaratmaq üçün tarixi imkanımız olacaq" - siyasətçi deyib.
Rubinyanın sözlərinə görə, Ermənistan siyasi dialoqun təkmilləşdirilməsi və beynəlxalq münasibətlərdə sabitliyin artırılması, bütün maraqlı tərəfdaşların bərabərhüquqlu və konstruktiv əməkdaşlığının tərəfdarıdır.
Xatırladaq ki, iyulun 11-də ABŞ dövlət katibinin iştirakı ilə Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş baş tutub. Danışıqlardan sonra tərəflər sülh müqaviləsinin imzalanması baxımından irəliləyiş olduğunu elan ediblər. İrəvan da öz növbəsində sənədi mümkün qədər tez imzalamağa hazır olduğunu bəyan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət