Fransa DİN: Olimpiya obyektləri yaxınlığında hücum və oğurluqlar artıb
19:13 25.07.2024
Gündəm
376
Fransanın paytaxtı Paris və onun ətraf ərazilərini əhatə edən İl-de-Frans bölgəsində olimpiya obyektlərinin yaxınlığında cinayətlərin, o cümlədən hücum və oğurluqlar artıb.
“Report”un məlumatına görə, bu barədə Fransa Daxili İşlər Nazirliyinin statistik xidmətinin iyulun 15-dən iyulun 21-dək olan dövrü əhatə edən və ötən həftənin göstəriciləri ilə müqayisəni əks etdirən hesabatında deyilir.
Sənədə əsasən, bu ərazilərdə dövlət məmurlarının təhqir edilməsi və onlara hücumların sayı əvvəlki həftə ilə müqayisədə 20%, zorakılıq xarakterli oğurluqlar 12%, davalar 11%, narkotik istifadəsi 3% daha çox qeydə alınıb.
O da qeyd olunub ki, olimpiya obyektlərinə bitişik ərazilərdən kənarda avtomobillərlə bağlı oğurluqların sayı 8% artıb. Vurğulanıb ki, bu rəqəmlər yekun deyil və şikayətlər həmişə cinayət baş verəndən dərhal sonra verilmədiyi üçün sonradan yoxlanıla bilər. Törədilmiş cinayətlərin sayı barədə də dəqiq məlumat verilmir.
Paris Polis Prefekturası, öz növbəsində, 2024-cü ilin birinci yarısı üçün statistik məlumatları dərc edərək cinayətlərin sayında “görünməmiş azalma” olduğunu qeyd edib.
Beləliklə, guya zorakılıq hadisələri 3%, quldurluq və oğurluqlar isə ümumilikdə 8% azalıb. İlin əvvəlindən nəqliyyatda oğurluq halları isə 11,2% azalıb. Qeyd olunub ki, iyulun 26-na planlaşdırılan Olimpiya Oyunlarının açılış mərasimi ərəfəsində Paris küçələrində polis və jandarm patrullarının gücləndirilməsi “çəkindirici amil”ə çevrilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya