Hikmət Hacıyev:“Minatəmizləmə işində BMT-nin dəstəyi Azərbaycan üçün əhəmiyyətlidir”
Yusif Nəzərli
13:11 18.03.2022
Gündəm
628
“İşğal edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə işində Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyi Azərbaycan üçün çox əhəmiyyətlidir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş tədbir çərçivəsində keçirilən panel müzakirələri zamanı bildirib.
“Bizim ideyalarımız oxşardır. BMT-nin ərazilərin bərpası prosesi ilə mümkün qədər tez tanış olması və bu işə öz töhfəsini verməsini istəyirik. Bərpa işində bizə beynəlxalq ictimaiyyətin və donorların köməyi lazımdır”, - o deyib.
Prezidentin köməkçisi minatəmizləmə problemini xüsusilə vurğulayaraq BMT-nin bu işdə dəstəyinin Azərbaycan üçün çox əhəmiyyətli olduğunu bildirib.
Hikmət Hacıyev bugünkü tədbirdə Azərbaycan və BMT arasında əməkdaşlığın prioritet məsələlərinin müzakirə olunduğunu nəzərə çatdırıb və bu cür tədbirləri Şuşada hər il keçirməyi təklif edib.
BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva isə Azərbaycan Prezidentinin köməkçisinin bu təklifini dəstəkləyib.
Onun sözlərinə görə, Şuşada keçirilmiş tədbirdə postpandemiya dövrünün əsas çağırışları və onların həlli yolları müzakirə olunub.
“Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfəsini yüksək qiymətləndirir və bu cür zəruri dialoqu davam etdirməyə hazır olduğumuzu bildiririk”, - Vladanka Andreyeva deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya