İran parlamentinin sədri: ABŞ ilə barışmayacağıq, İsraili tanımayacağıq

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf HƏMAS-ın Şura Məclisinin sədri Məhəmməd Dərviş ilə Tehranda keçirdiyi görüşdə ABŞ və İsraillə bağlı mövqeyini açıqlayıb.

Sherg.az xəbər verir ki, İran dövlət televiziyasının yaydığı məlumata görə, Qalibaf ölkəsinin müsəlmanlara və "Müqavimət Cəbhəsi" adlandırdığı qüvvələrə zərurət yarandıqda həm hərbi, həm də siyasi dəstək verməyə davam edəcəyini bildirib.

"ABŞ ilə barışımız yoxdur və İsraili rəsmi olaraq tanımayacağıq", – deyə o vurğulayıb.

Qalibaf həmçinin qeyd edib ki, diplomatiya hərbi nailiyyətlərin qorunmasına və uzunmüddətli nəticələr verməsinə xidmət etməlidir.

Görüşdə çıxış edən Məhəmməd Dərviş isə İranla ABŞ arasında imzalanmış anlaşmanın "Müqavimət Cəbhəsi" üçün uğur olduğunu iddia edərək, sənədin hər bir bəndinin İranın xeyrinə, ABŞ-ın isə zərərinə olduğunu bildirib.