İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai amerikalı senator Lindsi Qrehemin ölümü ilə bağlı heç kimin kədərlənməyəcəyini bildirib.
Sherg.az xəbər verir ki, İsmayıl Bəqainin sözlərinə görə, dünyanın azad insanları fəlsəfəsi təcavüz, müharibə, hədə-qorxu və bölgədə soyqırımın dəstəklənməsi üzərində qurulan bir şəxsin ölümünə yas saxlamayacaqlar.
“Dünyanın azad insanları təcavüz, müharibə, qorxu yaratmaq və bölgədə soyqırımı dəstəkləmək ideologiyasına sahib bir insanın ölümünə görə kədərlənməyəcəklər. Bu radikal senatorun ölümü heç bir azad insanı məyus etməyəcək”, – deyə Bəqai mətbuat konfransında bildirib.
Qrehemin ofisi ötən bazar günü senatorun qısa sürən xəstəlikdən sonra 71 yaşında vəfat etdiyini açıqlayıb.
Sağlığında Qrehem Vaşinqtonun ən sərt mövqeli siyasətçilərindən biri kimi tanınırdı. O, dəfələrlə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə çağırış edib, İran və Çinlə bağlı sərt mövqe tutub, həmçinin İsrailə maksimum dəstəyin göstərilməsinin tərəfdarı olub.