İrandan ABŞ-a xəbərdarlıq: Pozuntular davam etsə, razılaşmaya əməl etməyəcəyik

İran ABŞ ilə əldə olunmuş razılaşmaların pozulmasının davam edəcəyi təqdirdə öhdəliklərinə sadiq qalmayacağını bəyan edib.

Sherg.az xəbər verir ki, Vaşinqton və Tehran arasında gərginlik davam etdiyi bir vaxtda İran tərəfi ABŞ-a sərt xəbərdarlıq ünvanlayıb.

Bu arada ABŞ-nin İrandan Hörmüz boğazının ticarət gəmiləri üçün açıq olduğunu rəsmi şəkildə bəyan etməsini istədiyi iddia olunur. ABŞ rəsmilərinin sözlərinə görə, Vaşinqton Tehranın boğazda təhlükəsiz gəmiçiliyin təmin olunduğunu ictimai şəkildə təsdiqləməsini gözləyir.

Məlumata görə, ABŞ tərəfi Omanda keçirilməsi planlaşdırılan görüşlərdə də İranın Hörmüz boğazının açıq saxlanılmasına dair öhdəlik götürəcəyinə ümid edir.

Qeyd edək ki, son həftələrdə Hörmüz boğazında baş verən insidentlər Vaşinqton və Tehran arasında münasibətlərdə gərginliyi daha da artırıb.