İranın xarici işlər naziri Qətərə gedib

İranın xarici işlər naziri Abbas Əraqçi Qətərə səfərə yola düşüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, Abbas Əraqçi Qətərin sabiq Əmirinin vəfatı ilə əlaqədar başsağlığı vermək məqsədilə Dohaya gedib.

İran XİN rəhbəri Qətər rəsmiləri ilə də görüşəcək.