İranla İsrail arasında savaşın dayanması sülh deyil, nəfəs fasiləsidir - TƏHİL
02:31 25.06.2025
Gündəm
296
Fəlakətin astanasında bir sükunət yarandı
İsrail tərəfi İranla atəşkəsin əldə olunduğunu elan edib. Beləliklə, iyunun 13-dən bəri davam edən hərbi toqquşma bu gün elan olunan atəşkəslə başa çatıb. İsrail baş nazirinin ofisi bəyanat yayıb ki, əməliyyat məqsədlərinə nail olduqdan sonra ABŞ Prezidenti Donald Trampla tam koordinasiya əsasında İranla ikitərəfli atəşkəsə razılaşıb. ABŞ Prezidenti Donald Tramp da İsrail və İran arasında əldə olunmuş atəşkəsin qüvvəyə mindiyini bildirib.
O, tərəfləri əldə olunmuş atəşkəsə əməl etməyə çağırıb. İsrail Baş naziri Benyamin Netanyahu deyib ki, İran və İsrail arasında müharibə başa çatdı, İran artıq nüvə dövləti deyil: "Yüksələn şir” əməliyyatı zamanı İsrail dövləti nəhəng tarixi uğurlara imza atdı və özünü dünyanın böyük dövlətləri ilə bir sıraya qoydu". İran Prezidenti Məsud Pezeşkian deyib ki, İsrail razılaşmaya əməl edəcəyi təqdirdə, İran atəşkəsi pozmayacaq. İsrail atəşkəs qüvvəyə minməzdən əvvəl Tehranın mərkəzinə güclü zərbələr endirib, nəticədə Bəsic qüvvələrinin yüzlərlə əsgəri ölüb. Qeyd edilib ki, bundan əvvəl İran tərəfinin Beer-Şeva şəhərinə raket zərbələri 4 nəfərin həyatına son qoyub. Eyni zamanda, atəşkəs qüvvəyə mindikdən 6 dəqiqə sonra İsrail bir, yerli vaxtla saat 10:25-də isə iki dəfə raket hücumuna məruz qalıb. Onların bir qismi zərərsizləşdirilib, bəziləri isə açıq sahəyə düşüb. Tramp və Benyamin Netanyahu arasında telefon danışığından sonra İsrail İran ərazisinə hücumları dayandırıb. Tramp əlavə edib ki, İranda rejim dəyişikliyi istəmir: "Bu, ölkədə xaos yaradacaq". O, İranın nüvə silahına malik olmayacağını bəyan edib: “Bu, onların ağlında olan son istəkdir”. Azərbaycan tərəfi İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayıb. XİN-dən bildirilib ki, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır: "Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırırıq. Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq".
Politoloq Elçin Alıoğlu deyib ki, bir həftə əvvəl qeyri-mümkün görünən hadisə gerçəkləşdi, bir-birinə qarşı irrasional nifrəti illərlə qızışdıran İran və İsrail -formal olaraq silahları susdurdu:
"Yaxın Şərqdə baş verən hər fasilədə olduğu kimi burada da sülh yoxdur. Sadəcə, nəfəs dərməkdir. Burada reallıq təkcə geosiyasi deyil, həm də metafizik müstəvidə baş verən qarşıdurmadır. Məsələ təkcə dövlətlər arasında deyil, zamanın ruhu ilə tarixdən kənar idrakın toqquşmasıdır. İsrail niyə dayandı? İsrail bu savaşda hərbi cəhətdən ustalıqla hərəkət etdi. İrana qarşı həyata keçirilən sürətli, miqyaslı hava əməliyyatı nüvə infrastrukturunu illərlə geri atdı. Ancaq taktiki uğura baxmayaraq, strateji baxımdan İsrail bir həddə çatdı. Zərbələr Tehran rejiminin ideoloji dirənişini qıra bilmədi. Keçilməz olan İranın hava hücumundan müdafiə sistemi deyil, onun şəhidlik fəlsəfəsinə əsaslanan dünya təsəvvürüdür. İsrail anlayır ki, növbəti mərhələ ya işğaldır, ya da total nüvə müharibəsi. Bu iki variant da - istənilən demokratik sistem üçün, hətta ən sərt sağçı hakimiyyət üçün - qəbuledilməzdir. İran da Təl-Əvivi mərkəzindən vuraraq "məğlubedilməz İsrail" mifini dağıtdı. Ancaq daha da irəliləmək fəlakət demək olardı. Ölkə daxilində sosial təbəddülatlar artır, iqtisadi sistem gərginlik içindədir, Çin və Rusiya isə artıq vasitəçilik oyunundan yorulub. Tehran buna görə dayandı. Ağ Ev indi atəşkəsin qarantı kimi görünməyə çalışacaq. Amma bu, sülh deyil - bu, balanslaşdırılmış gərginlikdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
01:26 22.06.2026
Dünya
Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb
00:40 22.06.2026
Dünya
Günəşdə güclü partlayış oldu
23:33 21.06.2026
Maraqlı
Yamal Мessini geridə qoydu
22:33 21.06.2026
Futbol
İrandan Trampa cavab: Ordumuz hazır vəziyyətdədir!
21:57 21.06.2026
Region
DÇ-2026-nın iştirakçısı “Qarabağ”da
21:36 21.06.2026
Futbol
Sumqayıtda kişi meyiti aşkarlandı
20:32 21.06.2026
Hadisə
Tramp Starmerin istefa verəcəyini bəyan etdi
19:41 21.06.2026
Dünya
İran millisi FIFA-dan şikayətləndi
19:07 21.06.2026
Futbol
İsrail danışıqları pozmaq üçün fürsət gözləyir - Fidan
18:50 21.06.2026
Gündəm
Bunu İsraildən alıb, Suriyaya verəcəyəm – Trampdan şok
18:10 21.06.2026
Dünya
Tramp İrana Hizbullahla bağlı xəbərdarlıq edib
17:54 21.06.2026
Gündəm
Artıq bitdi, Polşaya cavab verəcəyik - Sibiqa
17:13 21.06.2026
Dünya
İsrail Livandakı təhlükəsizlik zonasını tərk etməyəcəyini açıqladı
16:57 21.06.2026
Dünya
İran Hörmüz boğazının açılması üçün əsas şərtləri açıqladı
16:19 21.06.2026
Region