
İrəvan sülh prosesindən daha da uzaqlaşacaq - RƏY
08:45 26.07.2024
Gündəm
523
Bundan sonra Ermənistanın hərbi təxribatlarına görə Avropa İttifaqı da birbaşa məsuliyyət daşıyacaq
Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Avropa İttifaqı Şurasının yaydığı məlumatda bildirilib ki, yardımın məqsədi Ermənistan ordusunun maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallar zamanı mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Həmçinin Avropa İttifaqı tərəfindən yerləşdirilən missiya da daxil olmaqla, beynəlxalq hərbi missiya və əməliyyatlar da ölkənin gələcəkdə mümkün iştirakı halında Ermənistanın dayanıqlığını artırmaq, ordusunun qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi var. Qərara əsasən, dəstək-batalyon ölçülü bölmə üçün tamhüquqlu hərbi çadır şəhərçiyi təmin olunacaq.
Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Cozef Borell qeyd edib ki, təhlükəsizlik Ermənistanla ikitərəfli münasibətlərin getdikcə daha vacib elementinə çevrilir: “Avropa Sülh Fondunun bu paketi ölkənin dayanıqlılığına daha çox töhfə verəcək. Xarici siyasət və təhlükəsizliklə bağlı dialoqumuzu daha da genişləndirmək, eyni zamanda Ermənistanın Avropa İttifaqının rəhbərlik etdiyi missiya və əməliyyatlarda gələcək iştirakını nəzərdən keçirməkdə qarşılıqlı marağımız var”.
Azərbaycan Həmrəylik Komitəsinin sədri, politoloq Əlisahib Hüseynov isə “Sherg.az"a açıqlamasında deyib ki, Avropa İttifaqı Şurasının Avropa Sülh Fondundan Ermənistan ordusuna 10 milyon avro dəyərində yardım paketini ayırması, əslində, böyük hərbi-siyasi avantüradır:

“Düzdür, Avropa İttifaqı Şurası bununla bağlı yaydığı məlumatda yardımın məqsədini belə əsaslandırmağa çalışır ki, guya, bu yardım ilk növbədə Ermənistan ordusunun maddi-texniki imkanlarının artırılması, böhran və fövqəladə hallar zamanı mülki əhalinin müdafiəsinin yaxşılaşdırılması üçün nəzərdə tutulub. Ancaq əsl həqiqətdə isə Sülh Fondunun Ermənistana yardımı sülh prosesinə zərbə vurmaq üçün nəzərdə tutulub. Bu qərar regionda onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirə bilər. Avropalı siyasətçilərin bu yardımın əsl məqsədini müxtəlif ibarələrlə, söz oyunları ilə ört-basdır etməyə çalışmaları riyakarlıqdır. Məsələn, Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Cozef Borell iddia edir ki, Avropa Sülh Fondunun yardım paketi Ermənistanın dayanıqlılığına və təhlükəsizliyinə xidmət edir. Ancaq aydın məsələdir ki, Borrelin bu iddiası absurddur. Çünki region ölkələri arasında heç kim Ermənistanın təhlükəsizliyini təhdid etmir. Əksinə, Ermənistan özü region ölkələri potensial təhlükə mənbəyidir”.
Politoloq deyib ki, Borrel kimi saxtakarlar reallıqları qəsdən təhrif edirlər. Və Borrel də daxil olmaqla Avropa Sülh Fondundan Ermənistan üçün hərbi yardım ayrılmasına qərar verən bütün şəxslər məsuliyyət daşıyırlar: “Bəli, bundan sonra Ermənistanın bölgədə sabitliyi pozmağa xidmət edən bütün addımlarına və hərbi təxribatlarına görə Avropa İttifaqı da birbaşa məsuliyyət daşıyacaq. Çünki açıq-aşkar görünür ki, Ermənistana ayrılan sözügedən yardım paketi hazırda sülh danışıqlarından qaçan və revanşizmə meyillənən bir ölkəni yeni hərbi avantüralara şirnikləndirəcək. Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların hələ də qalmaqda davam etdiyi Ermənistan dövləti bu yardımdan sonra sülh prosesindən daha da uzaqlaşacaq, yenidən hərbiləşmə yolunu tutacaq.
Avropa İttifaqının bu cür qızışdırıcı addım atması dərin təəssüf hissi doğurur. Çünki Avropa İttifaqı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə yox, sülhə töhfə verməliydi. Son günlər Ermənistanın yenidən sülhdən yayınma xəttinə qayıtması da bilavasitə həm Avropa İttifaqının 10 milyon avro dəyərində hərbi yardımı, həm də ABŞ və Fransanın tətikləyici siyasəti ilə bağlıdır. Onlar Ermənistanı növbəti hərbi təxribatlara sürükləyirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşdə güclü alışma baş verib
01:17 18.11.2026
Ekologiya
Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq
00:56 18.11.2026
Cənubi Qafqaz
Lənkəranda 13 yaşlı yeniyetmə bıçaqla boğazından xəsarət aldı
23:16 17.11.2026
Hadisə
İrandan ərəb ölkəsinə xəbərdarlıq: Məhv olacaqsınız!
22:58 17.11.2026
Son dəqiqə
ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi sıradan çıxıb
22:39 17.11.2026
Dünya
Vladimir Putin Çinə səfər etdi
22:20 17.11.2026
Gündəm
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm