İsrail Suriyanı müharibəyə sürükləyir - Türkiyə nə edəcək?

İsrailin Suriyanın şimalındakı Ebu Zuhur hərbi hava bazasına 8 hava zərbəsi endirməsi Ankara-Tel-Əviv xəttində gərginliyi artırıb. İsrail hücumu Suriyada Türkiyənin mümkün hərbi yerləşdirilməsi ilə əlaqələndirib, Ankara isə bu iddianı rədd edərək hücumu Suriyanın suverenliyinin pozulması kimi qiymətləndirib.

Sherg.az xəbər verir ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak hücumdan əvvəl Türkiyənin məlumatlandırılmadığını bildirərək, hadisənin Türkiyə ilə İsrail arasında birbaşa hərbi qarşıdurmaya çevrilə biləcəyi barədə xəbərdarlıq edib. O, tərəflər arasında daha güclü “toqquşmasızlıq mexanizmi” yaradılmasının vacibliyini vurğulayıb.

Ekspert Coşkun Başbuğ isə İsrailin Türkiyəni Suriya üzərindən regional qarşıdurmaya cəlb etmək istədiyini bildirərək, Ankaranın diplomatik kanallardan istifadə etməli olduğunu deyib. Türkiyənin İsrailin qurduğu iddia olunan “tələyə” düşməyəcəyini vurğulayıb.

Digər ekspert Ufuk Necat Taşçı da İsrailin Türkiyənin səbrini sınağa çəkdiyini və bölgədə yeni geosiyasi balansın formalaşdığını bildirib.