
Kənardan idarəetmə modelinə qarşı: Bakı Vətən təhlükəsizliyini heç bir münasibətə qurban vermir
13:13 01.07.2025
Gündəm
394
Bu əməliyyatlar həm də regionda açıq-örtülü kəşfiyyat rəqabətinin Bakı müstəvisində sərtləşdiyini göstərir
Rusiya ilə strateji tərəfdaşlıq çərçivəsində olsa belə, bu, dövlət maraqlarına təhdid yaradan fəaliyyətlərin toxunulmaz olduğu anlamına gəlmir
Daxili İşlər Nazirliyi Bakıda Rusiya vətəndaşlarından ibarət iki dəstə yaxalayıb.
Dəstə üzvləri İrandan narkotik vasitələrin tranzitində, dövriyyəsində və kiberdələduzluqda şübhəli bilinirlər.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Eyni zamanda Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb.
Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri üzrə cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.
Politoloq Tural İsmayılov Sherg.az-a deyib ki, Bakıda Rusiya vətəndaşlarından ibarət iki dəstənin saxlanılması, həmçinin “Sputnik Azərbaycan”da həyata keçirilən əməliyyatlar təsadüfi addımlar deyil:

"Bu, Azərbaycanın dövlət suverenliyinə, informasiya təhlükəsizliyinə və daxili sabitliyinə qarşı ola biləcək bütün təhdidlərə qarşı sərt yanaşmasının göstəricisidir. Regionda güc balansı dəyişdikcə, müxtəlif xarici dairələrin buradakı dayaq nöqtələrini aktivləşdirməyə çalışması müşahidə olunur. Rusiya vətəndaşlarının iştirakı ilə təşkil olunan qruplar – bu, təkcə kriminal məsələ deyil, həm də kəşfiyyat risklərini xatırladan ciddi siqnaldır. “Sputnik”ə yönələn addım isə Kremlin informasiya alətləri ilə daxili siyasətə təsir imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. Azərbaycan müstəqil informasiya mühitini qorumağa və daxili ictimai rəyi manipulyasiyalardan uzaq tutmağa çalışır. Bu fonda Azərbaycan özünün “hibrid təhlükəsizlik doktrinasını” praktik şəkildə icra edir. Rusiya ilə strateji tərəfdaşlıq çərçivəsində olsa belə, bu, dövlət maraqlarına təhdid yaradan fəaliyyətlərin toxunulmaz olduğu anlamına gəlmir. Hadisələrin inkişafı göstərir ki, Bakı suverenliyə yönələn istənilən gizli və ya açıq təhdidə qarşı əvvəlkindən daha sərt cavab verəcək. Dərinləşən geopolitik ziddiyyətlər fonunda regionun “yumşaq güc” üzərindən yenidən dizayn edilməsinə cəhdlər çoxalıb".
Politoloq qeyd edib ki, Azərbaycan dövlətinin öz milli sərhədləri daxilində baş verən proseslərə dair “kənardan idarəetmə” modelini qətiyyən qəbul etmədiyi bir daha bəlli oldu:
"Bu əməliyyatlar həm də regionda açıq-örtülü kəşfiyyat rəqabətinin Bakı müstəvisində sərtləşdiyini göstərir. Belə görünür ki, Bakı artıq “tərəfdaşlıq” ifadəsinin içindəki niyyətləri yoxlayır, Vətən təhlükəsizliyini isə heç bir münasibətə qurban vermir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leyla Əliyeva Türkmənistanda səfərdədir
18:27 19.10.2026
Gündəm
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə