Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri dərinləşdirir

“Gürcüstanın üç qonşu ölkəsi – Azərbaycan, Ermənistan və Türkiyə ilə xüsusi münasibətləri var və bu münasibətlər dərinləşdirilir”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalının “İmedi Live” proqramında deyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti son zamanlar Orta Asiya ölkələri ilə münasibətlərin inkişafı istiqamətində də fəal şəkildə çalışır.

“Biz Mərkəzi Asiyanın beş ölkəsi ilə münsaibətlərimizi maksimum dərəcədə dərinləşdiririk. Potensial çox böyükdür və əsas odur ki, bu potensialı tam istifadə etmək üçün fəal olaraq iş aparırıq. Bütün bunlar nəqliyyat bağlılığı və tranzit funksiyası baxımından əsas rol oynayır”, - Kobaxidze əlavə edib.