Küveyt İranın raket və PUA-larını zərərsizləşdirdiyini açıqlayıb

Küveyt Silahlı Qüvvələri ölkənin hava məkanında İrandan buraxıldığı bildirilən 4 qanadlı raket və 21 pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Baş Qərargahın "X" sosial şəbəkəsində yaydığı məlumatda qeyd olunub.

Açıqlamaya görə, bütün hədəflər hava məkanında zərərsizləşdirilib.