Kvotadan əlavə iş yerlərinin yaradılması qaydası təsdiqlənəcək-Yenilik

Kvotadan əlavə iş yerlərinin yaradılması qaydası təsdiqlənəcək.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun tətbiqi barədə” imzaladığı fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində kvotadan əlavə iş yerlərinin yaradılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.