Metyu Brayza: “Avropa Azərbaycandan daha çox təbii qaz idxalına ehtiyac duyur”
Yusif Nəzərli
13:08 18.03.2022
Gündəm
693
Avropa Azərbaycandan daha çox təbii qaz idxalına ehtiyac duyur, eyni zamanda ölkədə alternativ enerji ehtiyatlarından istifadə etməklə bağlı böyük ponensial var.
Bunu “Report”a ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Vaşinqtonda “Atlantik şurası” (“Atlantic Council”) adlı beyin mərkəzinin baş elmi işçisi, beynəlxalq ekspert və diplomat Metyu Brayza bildirib.
Son vaxtlar Ukraynadakı hadisələrlə bağlı Azərbaycanın təbii qazına marağın daha da artdığını qeyd edən ekspert məhz bununla bağlı Avropa İttifaqı rəsmilərinin Azərbaycana səfər etdiklərini nəzərə çatdırıb.
Bununla yanaşı o, təbii qazın kömürdən 4 dəfə az tullantı yaratdığı üçün bərpa edilən enerjiyə keçid dövründə son dərəcə zəruri yanacaq olduğunu qeyd edib. Belə ki, alternativ enerji mənbələrini daha çox tətbiq etməklə təbii qaz, yaxud dizel yanacağı və sair neft məhsullarını daha çox ixraca yönəltməyin çox ağıllı siyasət olduğu qeyd edilib.
Bərpa olunan enerji mənbələrinə dair Azərbaycanın geniş potensiala malik olduğunu dilə gətirən diplomat ölkə ərazisində il ərzində həm günəşli, həm də küləkli günlərin çox olduğunu, bu potensialın ölkənin azad olunmuş ərazilərində də mövcud olduğunu xatırladıb.
Bununla belə, M.Brayzanın fikrincə, yel enerjisinin inkişaf etdirilməsi üçün daha çox Xəzərboyu sahil zolağı, xüsusilə Abşeron yarımadası daha uyğundur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları isə çox günəşli, həmçinin su enerjisi ehtiyatları sarıdan da zəngin bölgədir.
Sabiq səfir qeyd edib ki, azad olunmuş ərazilərdə bərpa olunan enerji ehtiyatlarına dair layihələrə hökumət subsidiya ayırsa, bu sahə sərmayə yatırımları üçün də cazibədar hala gələr:
“Sərmayə yatırımlarına dair sərfəli təklif verən əcnəbi şirkətlər Azərbaycan hökuməti tərəfindən bölgəyə cəlb edilə bilər. Hazırda hökumət elə bu istiqamətdə tədbirlər hazırlayır”.
M.Brayza həmçinin qonşu Türkiyədə də hökumətin günəş, yel, habelə geotermal enerjidən istifadə etməklə bağlı hökumət tərəfindən əlverişli sərmayə imkanları yaradıldığını da dilə gətirib:
“Son onilliklər ərzində Türkiyə hökuməti özü də xüsusilə Güneydoğu Anadolu layihəsi (GAP) çərçivəsində su enerji bəndlərinin tikintisinə külli miqdarda vəsait sərf edib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya