Mirzoyan: Ermənistan-Rusiya münasibətlərində “sağlamlaşdırmaya” ehtiyac var

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanla Rusiya arasındakı münasibətlərin yaxşılaşdırılmasına ehtiyac olduğunu bildirib.

Sherg.az xəbər verir ki, nazirin sözlərinə görə, son vaxtlar Rusiya tərəfindən bir sıra “kəskin tənqidi” açıqlamalar səsləndirilib və iqtisadi məhdudiyyətlər tətbiq olunub. Ermənistanda isə bunlar seçkilərlə əlaqələndirilir.

Mirzoyan qeyd edib ki, iki ölkə arasında yaranan məsələlər “qeyri-adi deyil” və bu cür fikir ayrılıqları bütün dövlətlər arasında baş verir. Onun sözlərinə görə, seçkilərdən sonra Ermənistan dialoq yolu ilə bütün problemlərin həllinə hazırdır.

O həmçinin Belarus prezidenti Alexander Lukaşenkonun Ermənistan hakimiyyətinə ünvanladığı açıqlamalara münasibət bildirərək, belə bəyanatların əvvəl də səsləndiyini qeyd edib və ona öz ölkəsinin daxili işlərinə daha çox diqqət yetirməyi tövsiyə edib.