
Namizəd mal varlığını gizlədə bilməz - AÇIQLAMA
23:41 25.07.2024
Gündəm
325
Seçki qanunvericiliyinin tələblərinə hər kəs əməl etməlidir
Deputatlığa namizəd Elton Məmmədov haqqında Mərkəzi Seçki Komissiyasına şikayət edilib. Qeyd olunub ki, E.Məmmədov 94 saylı Ucar seçki dairəsindən növbədənkənar parlament seçkilərinə namizəd olmaq üçün müraciət edib. Şəxs haqqında bir qrup seçici tərəfindən daxil olan şikayəti araşdıran MSK üzvü Qabil Orucov E.Məmmədovun təqdim etdiyi məlumatlarda və sənədlərdə ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar olduğunu deyib. Onun sözlərinə görə, sabiq deputat əsasən əmlak məsələləri ilə bağlı saxtalaşdırılmış sənədlər təqdim edərək, dairə seçki komissiyasında qeydə alınmasına çalışıb. MSK üzvü bildirib ki, Elton Məmmədovun təqdim etdiyi məlumatlar nəinki onun deputat seçilməsinə, hətta seçilsə belə, mandatının əlindən alınmasına səbəb olacaq saxtalaşdırmalardır. Şikayət Mərkəzi Seçki Komissiyasında müzakirə olunub. Yekun qərara əsasən, dairə seçki komissiyasının qərarı və 94 saylı seçki dairəsindən deputatlığa namizədliyi şəxsi təşəbbüsü ilə irəli sürülmüş Elton Məmmədovun namizədliyi ləğv edilib. Qeyd edək ki, E.Məmmədov AzTU-nun strateji inkişaf üzrə prorektoru və Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının direktoru vəzifələrində çalışıb.
Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a deyib ki, seçki qanunvericiliyinin tələblərinə hər kəs əməl etməlidir. Ekspertin sözlərinə görə, həm deputatlığa iddia edən şəxslər, həm də seçki prosesini idarə edən şəxslər qayda-qanunlara uyğun davranmalıdırlar:

"Ona görə də deputatlığa namizədliyini irəli sürmüş şəxs qanunvericiliyin tələblərindən kənara çıxmamalıdır, tələb olunan zəruri sənədlər doğru-düzgün təqdim olunmalıdır. Digər tərəfdən mümkündür ki, hansısa texniki problemlər, qüsurlar da olsun. Amma qəsdən və qərəzli şəkildə yanlış məlumatları quruma təqdim etməməlidir. Əgər belə bir fakt aşkarlanarsa, bununla bağlı şikayətlər, iddialar olarsa, dairə seçki komissiyası, yaxud MSK araşdırma apara və qanun pozuntusuna yol verən şəxsin namizədliyini ləğv edə bilər. Əslində etməlidir. Çünki deputatlığa iddialı şəxs ilk addımdan nəyisə ört-basdır etmək istəyirsə, mandatı aldıqdan sonra nələr edə biləcəyini təsəvvür etmək çətindir. Deputat olmaq istəyən şəxs qanunları saymazdan gəlirsə, yalan məlumatlarla namizədliyini qeydə aldırmaq niyyəti güdürsə, müvafiq qanunlar mütləq tətbiq edilməlidir. Mərkəzi Seçki Komissiyası məsələ ilə ciddi məşğul olur. Yalan məlumatlar verən şəxs ona uyğun münasibətlər görməlidir. Başqa variant yoxdur. Mən qanunpərəst adamam. Qanun nə deyirsə, elə də olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm