NATO rəsmisi: Rusiyanın alyansla münaqişəyə hazırlaşdığına dair sübut yoxdur
Sherg.az "The Times"-a istinadən xəbər verir ki, NATO-nun yüksək vəzifəli rəsmilərindən biri Rusiyanın alyansla hərbi münaqişəyə hazırlaşdığına dair hazırda heç bir sübutun olmadığını bildirib.
"The Times" qəzetinin məlumatına görə, bəzi Qərb siyasətçilərinin Moskvanın 2030-cu ilə qədər NATO ölkələrinə hücum edə biləcəyi ilə bağlı iddialarına baxmayaraq, alyans daxilində bu fikri təsdiqləyən faktlar mövcud deyil.
Rusiya Prezidenti Vladimir Putin isə Rusiyanın Avropaya hücum etmək niyyəti ilə bağlı iddiaları əsassız adlandırıb.