Özbəkistan TDT-nin Dəmir Yolu Administrasiyaları Şurasının yaradılmasını təklif edib
12:29 06.07.2024
Gündəm
351
Özbəkistan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində mənzil-qərargahı Daşkənddə yerləşəcək Dəmir Yolu Administrasiyaları Şurasının yaradılmasını təklif edib.
“Sherg.az” xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şafkat Mirziyoyev TDT-nin dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
“Ötən həftə Daşkənddə yaradılmış Türk Dövlətlərinin Logistika Mərkəzləri və Yükgöndərənlər Alyansının gündəliyin formalaşmasına və təşkilatımızın nəqliyyat sahəsində prioritet vəzifələrinin həyata keçirilməsinə geniş şəkildə cəlb edilməsini məqsədəuyğun hesab edirik. Əminəm ki, təşkilat daxilində Dəmir Yolu İdarələri Şurasının yaradılması və onun mənzil-qərargahının Daşkənddə yerləşdirilməsi təklifini qəbul edəcəksiniz”, - o bildirib.
O qeyd edib ki, TDT ölkələri qətiyyətlə əsas dünya bazarlarına çıxışa və Böyük İpək Yolunun yeni tarixi şəraitdə dirçəldilməsinə yönəlib.
Ş.Mirziyoyev Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma həcmlərinin daim artdığını da qeyd edib: “Biz ticarət və nəqliyyat nazirlərinə növbəti sammitimizə qədər beynəlxalq dəhlizlərin imkanlarından maksimum səmərəli istifadə etmək, avtomobil daşımalarının tam rəqəmsallaşdırılması və “yaşıl dəhlizlər”in yaradılması üçün birgə kompleks tədbirlər hazırlamaları barədə tapşırıq verə bilərdik”.
Oxşar xəbərlər
Özbəkistan Ermənistana Mərkəzi Asiya-Cənubi Qafqaz dəhlizinin inkişafını təklif edib
13:31 11.09.2026
Emi Karlon: Xankəndiyə ikinci dəfə səfər edirəm, ötən müddətdə yeni inkişafın şahidi oldum
12:47 11.09.2026
Hikmət Hacıyev: Qarabağda və digər ərazilərimizdəki bütün mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur
12:34 11.09.2026
Xəbər lenti
Hamısına bax
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol