CHP qrupunun rəhbəri Özgür Özəl yeni siyasi partiyanın yaradılması istiqamətində hazırlıqların davam etdiyini bildirib.
Sherg.az xəbər verir ki, "Sözcü TV"-yə müsahibəsində danışan Özəl qeyd edib ki, partiyanın yaradılması ilə bağlı addımın iyulun sonu və ya avqustun əvvəlində atılması planlaşdırılır.
O, partiyanın adı üzərində işlərin davam etdiyini vurğulayaraq, “Adla bağlı ümumi qəbul görən bir variant formalaşıb, lakin loqo üzərində işlər hələ davam edir” deyib.
Özəl həmçinin CHP-dəki məhkəmə prosesinin davam etdiyini xatırladaraq, iyulun 20-nin kritik tarix olduğunu bildirib. Onun sözlərinə görə, Yargıtaydakı proseslə bağlı qərardan sonra partiya rəhbərliyi yekun mövqeyini müəyyənləşdirəcək.
Qeyd edək ki, yeni partiyanın təsis sənədlərinin hazır olduğu, lakin quruculuq prosesinin məhkəmə qərarlarının nəticəsindən asılı olaraq həyata keçiriləcəyi bildirilir.