"Panda School" sınaq imtahanı keçirəcək: "Gəlir "Yaşat" Fonduna bağışlanacaq

23 yanvar 2022-ci il tarixində "Panda School" Azadlıq filialında xeyriyyə məqsədilə sınaq imtahanı təşkil olunacaq. "Sherg.az" xəbər verir ki, imtahanda Azərbaycan və rus bölməsinin I - IX sinif şagirdləri riyaziyyat və məntiq fənləri üzrə biliklərini yoxlaya biləcəklər. Şagirdlərə hər fənn üzrə 20 sual təqdim ediləcək və maximum bal 200 olacaq. İmtahan 2 mərhələdə saat 10:00 və 13:00-da keçiriləcək. 
   Xeyriyyə məqsədilə təşkil ediləcək imtahandan əldə olunacaq bütün gəlir Vətənimizin müdafiəsi zamanı  yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış  
" Yaşat " Fonduna bağışlanacaq.
  Biletin qiyməti 6 azn-dir.
   Ətraflı məlumat almaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlayın.
📞 (012)436-04-68
📱 (051)225-54-51