Paşinyanın sərt xəbərdarlığından sonra separatçılar başsız, yiyəsiz qalıblar - ŞƏRH
10:12 12.06.2025
Gündəm
375
İrəvan sülh yolunda radikal düşmənlərlə mübarizə aparır
Ermənistan hökumətinin intensiv təzyiqi nəticəsində ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyan “prezidentliyə namizəd” olmaqdan imtina edib. Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Erməni nəşrinin məlumatına görə, S.Şahramanyanın “səlahiyyət müddəti” mayın 21-də başa çatıb. Qondarma qurumun “parlamenti” mayın 27-dək “yeni namizəd” irəli sürməli idi, amma nəşrin iddiasına görə, Nikol Paşinyan hökuməti buna imkan verməyib.
“Hraparak” qeyd edir ki, S.Şahramanyandan əllərini çəkən separatçılar “yeni namizəd” axtarışında olsalar da, Ermənistan hakimiyyətinin təzyiqi səbəbindən heç kim bu mənasız işin altına girmək istəmir. Nəşrin yazdığına görə, Baş nazir Nikol Paşinyanın təhdidlərini S.Şahramanyan və digər separatçılara çatdıran Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyandır. Xatırladaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyan mayın 27-də separatçıların İrəvandakı fəaliyyətlərinə etiraz edib. Spiker bu cür fəaliyyətlərə Azərbaycandan adekvat cavabların olduğunu söyləyib: “Qarabağ təmsilçiləri (separatçılar) özlərinə “yeni prezident” seçirlər, bəyanatlar verirlər və buna cavab olaraq Azərbaycanın bəyanatlarını eşidirik. Qarabağın nümayəndələri “parlament sədri” seçirlər, Azərbaycan isə bəyan edir ki, mən də gələcəyəm, girəcəyəm və Qərbi Azərbaycanı quracağam”. A.Simonyan vurğulayıb ki, bu bəyanatlar separatçıların atdığı addımlara Azərbaycanın “güzgü cavabı”dır.
Siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, separatçılar erməni sərsəmliyinin və düşüklüyünün əyani güzgüsüdür. Ekspert vurğulayıb ki, Qarabağ bölgəsində "qəbri" qazılmış separatçı rejimin Ermənistana qaçan qalıqları bu gün də gülünc və biabırçı vəziyyətlərlə üzləşməyə davam edirlər:
"Ermənistanın Baş naziri Nikol Paşinyan isə bu epizodda düzgün davranaraq separatçı müxalifətə bildirib ki, Zəngəzurda Ermənistan və Azərbaycan arasında mümkün toqquşma baş verərsə, bunun məsuliyyəti təkcə onun deyil, bütün Qarabağ ermənilərinin çiyinlərində olacaq və cəbhə xəttinə ilk Qarabağ erməniləri göndəriləcək. Paşinyanın bu sözlərindən sonra sanki "qurbağa gölünə daş atılıb" və erməni separatizminin əsl riyakar siması bir daha üzə çıxıb. Paşinyanın sərt xəbərdarlığından sonra separatçılar başsız, yiyəsiz qalıblar. Nikol Paşinyan hökumətinin separatçıların "prezidentliyə namizəd" axtarışlarına imkan verməməsi hazırkı situasiyada yeganə düzgün addımdır. Çünki Paşinyan anlayır ki, separatçıların İrəvanda fəallaşması Azərbaycana qarşı ərazi iddialarının gündəmdə saxlanması kimi dəyərləndirilə bilər. Bu isə rəsmi Bakıya haqlı olaraq əsas verir ki, Ermənistana qarşı təzyiqləri artırsın və Paşinyanın sülh çağırışlarının səmimi olmadığını sübut etsin. İrəvan real sülhün tərəfdarıdırsa, həm separatçıları cilovlamalı, həm də katolikos II Qareginin və Köçəryan-Sərkisyanın rəhbərlik etdiyi rusiyayönümlü radikal-millətçi müxalifəti neytrallaşdırıb siyasi səhnədən uzaqlaşdırmalıdır. Bu qüvvələrin sıradan çıxarılması qalıcı sülhün önünü aça bilər. Odur ki, Paşinyan öz ölkəsindəki sülh düşmənlərinə qarşı mübarizədə qətiyyət göstərməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət