Peşəkar
gizirlər hazırlanacaq
Peşəkar
gizirlər hazırlanacaq
13:32 02.11.2023
Gündəm
556
Azərbaycan ordusu artıq mərhələli şəkildə peşəkar qoşuna keçmək astanasındadır
"Yeni hərbi təhsil sistemində gizirlərin hazırlanması üzrə yeni tələblər müəyyənləşdirilib. Bu ildən etibarən gizir hazırlığı kurslarının müddəti 2 il olacaq".
Bunu Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev deyib.
Onun sözlərinə görə, bu müddət istər hərbi biliklərin, təcrübi vərdişlərin öyrədilməsi, aşılanması baxımından, istərsə də orta təhsil almış gəncin hərbçi kimi formalaşması baxımından hərbçi kadr kimi hazırlığında ən optimal müddətdir:
"Gizir hazırlığı kursuna tam orta təhsilli gənclər qəbul olunur. Bu kurs artıq fəaliyyətə başlayıb.İstər zabit hazırlığı, istərsə də gizir hazırlığı, bu kurslarda təhsil almaq istəyənlərin, daha dəqiq desək, gələcəkdə zabit, gizir olmaq istəyənlərin vətənpərvərliyi ilə şərtlənir".
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədli "Sherg.az"a söyləyib ki, bütün ölkələrdə olduğu kimi Azərbaycanda da peşəkar ordunun əsas bazası gizir və Müddətdən Artıq Xidmət Edən( MAXE) şəxslərdən ibarətdir:
"Ordunun əsas onurğa sütunu hesab olunan gizirlər yuxarı komandanlıqla sıravi hərbi qulluqçular arasında körpü rolunu oynayır. Eyni zamanda onlar ordunun nizam qaydasından tutmuş, döyüş əməliyyatları zamanı proseslərdə birbaşa iştirak edirlər. Vətən müharibəsi dövründə, antiterror tədbirləri zamanı da döyüşən hərbi qulluqçuların böyük bir hissəsi gizirlər idi. Müharibənin əsas yükü onlara düşüb, zərbəsi məhz onlara dəyib. Həm Xususi Təyinatlı Qüvvələrdə, həm də digər qoşun növlərində gizir və MAXE-nin iştirakı çox vacibdir. Bu baxımdan gizir kurslarının vaxtının uzadılması peşəkar gizir rütbəli şəxslərin yetişdirilməsi məqsədi daşıyır. Bu çox doğru addımdır. Çünki Azərbaycan ordusu artıq mərhələli şəkildə peşəkar qoşuna keçmək astanasındadır. Proses bundan sonra da davam edəcək. Məhz ilkin təhsil və tədrisin iki il edilməsi peşəkar ordu quruculuğunun yaradılması məqsədi daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm