" Polad Bülbüloğlu da Azərbaycan Respublikasının bütün vətəndaşları kimi seçmək və seçilmək hüququna malikdir. Deməli, onun da deputatlığa namizədliyini irəli sürmək hüququ var. Hüquqi cəhətdən onu qınamaq düzgün olmazdı. Səfir vəzifəsinə gəlincə, bəli, parlament üzvü başqa ölkədə səfir ola bilməz. İcra hakimiyyəti ilə qanunverici hakimiyyət arasında xüsusi sərhəd var və o sərhəddi keçmək qanunla yolverilməzdir. Bir ayağı qanunverici hakimiyyətdə, bir ayağı seçkili orqanda, bir əli seçkili orqanda, o biri əli isə Prezidentin təyin etdiyi vəzifədə ola bilməz. Ona görə də millət vəkili seçiləcəyi təqdirdə səfir vəzifəsindən geri çağırılacaq. Amma Polad Bülbüloğlu imza vərəqələrinii götürübmü, Şuşada imza toplayıbmı, bilmirəm. Şuşadan hələ ki konkret 2 nəfər namizədliyini irəli sürüb və bura gəlib imza vərəqələrini götürüblər".
Polad Bülbüloğlu namizəd oldu: "torpaq çəkir”
04:23 26.07.2024
Gündəm
582
“Şuşa onun ata yurdudur, torpaq çəkir”
" Polad Bülbüloğlu da Azərbaycan Respublikasının bütün vətəndaşları kimi seçmək və seçilmək hüququna malikdir. Deməli, onun da deputatlığa namizədliyini irəli sürmək hüququ var. Hüquqi cəhətdən onu qınamaq düzgün olmazdı. Səfir vəzifəsinə gəlincə, bəli, parlament üzvü başqa ölkədə səfir ola bilməz. İcra hakimiyyəti ilə qanunverici hakimiyyət arasında xüsusi sərhəd var və o sərhəddi keçmək qanunla yolverilməzdir. Bir ayağı qanunverici hakimiyyətdə, bir ayağı seçkili orqanda, bir əli seçkili orqanda, o biri əli isə Prezidentin təyin etdiyi vəzifədə ola bilməz. Ona görə də millət vəkili seçiləcəyi təqdirdə səfir vəzifəsindən geri çağırılacaq. Amma Polad Bülbüloğlu imza vərəqələrinii götürübmü, Şuşada imza toplayıbmı, bilmirəm. Şuşadan hələ ki konkret 2 nəfər namizədliyini irəli sürüb və bura gəlib imza vərəqələrini götürüblər".
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri barədə danışıb. "Novaya Vremya" əməkdaşının "Şuşanı parlamentdə təmsil etmək üçün seçkilərə qatılmağı planlaşdırırsınızmı" sualına cavabında hazırda səfir vəzifəsini icra edən Polad Bülbüloğlu deyib ki, Şuşadan deputat olmaq böyük şərəfdir. P.Bülbüloğlu qeyd edib ki, şuşalılar onu parlamentə öz nümayəndələri seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcək: “Bu gün bizim əsas vəzifəmiz Qarabağın inkişafı, çiçəklənməsi üçün hər şeyi etməkdir". Modern.az saytı isə Polad Bülbüloğlunun artıq namizədliyini irəli sürdüyünü yazıb. Bu məlumat 124 saylı Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyasından təsdiq olunub. Bildirilib ki, P.Bülbüloğlu artıq müvafiq sənədləri sözügedən Dairə Seçki Komissiyasına təqdim edib. Hakim Yeni Azərbaycan Partiyasının 124 saylı seçki dairəsindən namizədi Leyla Babışovadır. O, YAP Şuşa rayon təşkilatının sədr müavinidir. Adıçəkilən seçki dairəsindən həmçinin Azad Vətən Partiyasının sədri Akif Nağının da namizədliyi irəli sürülüb.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı, şuşalı yazıçı-publisist Kərim Kərimli “Sherg.az"a açıqlamasında Polad Bülbüloğlunun da digər vətəndaşlar kimi seçkiyə qatılmaq hüququnun olduğunu dedi:
" Polad Bülbüloğlu da Azərbaycan Respublikasının bütün vətəndaşları kimi seçmək və seçilmək hüququna malikdir. Deməli, onun da deputatlığa namizədliyini irəli sürmək hüququ var. Hüquqi cəhətdən onu qınamaq düzgün olmazdı. Səfir vəzifəsinə gəlincə, bəli, parlament üzvü başqa ölkədə səfir ola bilməz. İcra hakimiyyəti ilə qanunverici hakimiyyət arasında xüsusi sərhəd var və o sərhəddi keçmək qanunla yolverilməzdir. Bir ayağı qanunverici hakimiyyətdə, bir ayağı seçkili orqanda, bir əli seçkili orqanda, o biri əli isə Prezidentin təyin etdiyi vəzifədə ola bilməz. Ona görə də millət vəkili seçiləcəyi təqdirdə səfir vəzifəsindən geri çağırılacaq. Amma Polad Bülbüloğlu imza vərəqələrinii götürübmü, Şuşada imza toplayıbmı, bilmirəm. Şuşadan hələ ki konkret 2 nəfər namizədliyini irəli sürüb və bura gəlib imza vərəqələrini götürüblər". K.Kərimli qeyd etdi ki, Şuşadan deputat seçilmək daim Şuşada olmaq, burada yaşamaq anlamına gəlməməlidir:
"Şuşa Polad Bülbüloğlunun ata yurdudur. Təbii ki, ata yurdu onu çəkir. Amma Şuşadan deputat olmaq ata yurdunda yaşamaqla məhdudlaşmayacaq. Millət vəkili kimi o, daim Bakıda, parlamentin iclaslarında olmalıdır. Əlbəttə, Şuşaya gəlib gedəcək. Burada ata evi var. Həm də cənab Prezidentin tapşırığı ilə Polad Bülbüloğlu Bülbülün Şuşadakı ev-muzeyini özü təmir elətdirdi. Yəqin bundan sonra da çox olacaq Şuşada. Polad Bülbüloğlu bir neçə dəfə gəlib Şuşaya. Mən onunla təsadüfən Şuşada 2021-ci ilin avqustunda görüşmüşəm. Söhbət etdik, onu maraqlandıran, lakin cavabını tapa bilmədiyi xeyli suallar verdi. Mən onun suallarını cavablandırdım, təşəkkür etdi ki, elə məhz bu cavabları öyrənmək istəyirdi.
Xatırladım ki, Polad Bülbüloğlu 1995-ci ildə 45 saylı Şuşa-Xocalı-Xocavənd-Tərtər-Kəlbəcər seçki dairəsindən deputat seçilib və 2 il yarım deputat olub. Mədəniyyət naziri olduğunu əsas gətirərək deputatlıqdan könüllü istefa verib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm