Polşa Hərbi Hava Qüvvələri Baltik dənizi üzərində Rusiyanın Su-30SM2 təyyarələrinin uçuşundan sonra iki qırıcını havaya qaldırıb.
Teleqraf xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış bildirib.
"Rusiya təyyarəsi Polşa hava məkanına yaxınlaşmayıb. Onlar qırıcılarımız tərəfindən müşayiət olunub".
Nazir Rusiyanı Polşa Silahlı Qüvvələrinin hazırda ölkənin şimal-şərqində keçirdiyi təlimləri aqressiv şəkildə izləməkdə ittiham edib.