Prezidentin köməkçisi: "Azərbaycanın incisi olan Şuşa bərpa mərhələsindədir"
Yusif Nəzərli
09:28 18.03.2022
Gündəm
394
"Bu gün dövlətimizin əsas vəzifələri beynəlxalq hüququn prinsiplərinə sadiq qalmaq, sülhyaratma, azad edilmiş torpaqları daha da inkişaf etdirməkdir".
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.
“Bu gün biz Azərbaycanın incisi olan Şuşadayıq. Hazırda Şuşa bərpa mərhələsindədir. Azərbaycan BMT üzvlüyünə qəbul olunduğu gündən bu yana beynəlxalq hüququn başlıca prinsiplərinə sadiq qalıb. Sabitlik, sülh, təhlükəsizlik kimi ümdə meyarlar daim ölkəmizin gündəmində ön plandadır”,- o deyib.
Prezidentin köməkçisi söyləyib ki, 2020-ci ildə Azərbaycan iki cəbhədə, həm Ermənistan ilə döyüş meydanlarında, həm də COVID-19 pandemiyasına qarşı vuruşmalı olub: “Bu mürəkkəb dövrdə Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edirdik. BMT ilə də əlaqələrimizin işıqlı gələcəyinə inanırıq”.
H.Hacıyev həmçinin Azərbaycanın Əfqanıstanda və başqa bölgələrdə beynəlxalq sülhməramlı əməliyyatlarında iştirak etdiyini də xatırladıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya