Prinsipimiz budur:“Ermənistan dövlət sərhədlərimizi tanısın...” - Yeni vəziyyət!
Fidan Həmişəyeva
13:01 23.06.2021
Gündəm
748
“...Üçtərəfli bəyanatın şərtlərinə uyğun addımların atılmasına mane olmasın”
“Belə olacağı təqdirdə münasibətlərin normallaşması baş verə bilər”
“Bu zaman regionda yeni geosiyasi və geoiqtisadi mənzərə yaranar”
Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov “TRT World”a müsahibə verib. Nazir müsahibəsində maraqlı məqamlara toxunub.
“Biz reallığa fokuslanmalıyıq. Reallıq isə belədir: müstəqillik qazandıqdan bəri ilk dəfədir ki, Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdırma üçün unikal şans yaranıb”.
C.Bayramov qeyd edib ki, ortada təxminən 30 illik düşmənçilik, işğal, itkilər, müharibənin ağır nəticələri var:
“Ancaq inanırıq ki, biz gələcəyə baxmalıyıq. Bu proses Azərbaycan üçün də asan deyil, çünki hadisələrin hamısı yenidir. Bununla belə, Azərbaycan Prezidenti münasibətlərin normallaşmasının vacib olduğunu bildirib. Azərbaycan sülh razılaşması üçün Ermənistanla birgə işləməyə hazırdır. Biz bunu təklif edirik, Ermənistandan da bu səviyyədə siyasi iradə və real addımlar gözləyirik”.
Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən millət vəkili, politoloq Elşad Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycan hər zaman davranışları ilə nümayiş etdirib ki, regionda əməkdaşlığın qurulması üçün bütün addımları atmağa hazırdır:
“Xarici siyasətimizin başlıca prinsipi budur ki, dünya ölkələri ilə qarşılıqlı maraqlar çərçivəsində münasibətlər qurulsun. Lakin Ermənistanın uzun müddət işğalçılıq siyasəti nəticəsində iki ölkə arasında əlaqə mövcud ola bilməzdi. Ermənistan 4 qonşu ölkəsindən 3-nə ərazi iddiaları göstərib. Belə olan halda təkcə Azərbaycanla deyil, həm də Türkiyə və Gürcüstanla normal münasibətlər qurmaq imkanları məhdud olub. Əlbəttə, Gürcüstanla Ermənistan arasında bu gün əlaqələr normalıdır”.
Deputat vurğulayıb ki, regionda yeni vəziyyət yaranıb:
“Azərbaycanla-Türkiyənin birgə təşəbbüsü budur ki, altılıq platforması formalaşsın. Yəni bütün region dövlətlərinin iştirakı ilə bu əməkdaşlıq platforması regional təhlükəsizlik və sülhün qarantı rolunda çıxış edə bilər.
Əməkdaşlıq olan yerdə qarşılıqlı anlaşma, maraqların uzlaşması da olur. Bu baxımdan Azərbaycanın yanaşması unikaldır.
Həqiqətən də dövlətimiz bu təşəbbüslə çıxış edib növbəti dəfə nümayiş etdirir ki, regional təhlükəsizliyin təmin olunması üçün bütün təsirli addımları atmağa hazırdır. Təbii ki, burada Ermənistanın da mövqeyi lazımdır.
Türkiyə, İran, Rusiya və Gürcüstan yaxından əməkdaşlıq etmək istəklərini bildiriblər. Ermənistanın isə bununla bağlı hələlik mövqeyi mövcud deyil. Ona görə də Ermənistan yaranmış vəziyyətin özü üçün faydalılığını dərk edərək, fərqli davranış sərgiləyə bilər.
Fərqli davranış budur ki, Azərbaycanın ərazi bütövlüyünü və dövlət sərhədlərini tanısın, üçtərəfli bəyanatın şərtlərinə uyğun addımların atılmasına mane olmasın.
Belə olacağı təqdirdə münasibətlərin normallaşması baş verə bilər. Bu zaman regionda yeni geosiyasi və geoiqtisadi mənzərə yaranar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət