Qürbətçilərin vətən sevinci: “Ata, bayrağı ver, iki ildir bu anı gözləyirdim”

Avropa ölkələrində yaşayan türklərin yay məzuniyyəti üçün vətənə qayıdışı davam edir. Ədirnədəki sərhəd-keçid məntəqələrindən Türkiyəyə daxil olan qürbətçilər doğma torpağa qovuşmağın sevincini yaşayırlar.

Sherg.az xəbər verir ki, xüsusilə Kapıkule Sərhəd Keçid Məntəqəsində sıxlıq müşahidə olunur. Xaricdə yaşayan türklər və Qohum İcmalar idarəsinin əməkdaşları sərhəddə vətəndaşları qarşılayaraq onlara müxtəlif hədiyyələr təqdim edirlər.

Fransadan gələn Bayram Kemertaş bildirib ki, beş ölkədən keçərək Türkiyəyə çatıblar. O, sərhədi keçərkən övladının “Ata, bayrağı ver, iki ildir bu anı gözləyirdim” sözlərinin onu kövrəltdiyini deyib.

Avstriyadan gələn Onur Karakuş isə Türkiyəyə qayıtmağın qürurverici hiss olduğunu vurğulayaraq, hər il bu anı səbirsizliklə gözlədiklərini bildirib.

Digər gurbətçilər də uzun yolçuluqdan sonra vətənə çatmağın rahatlıq və xoşbəxtlik hissi yaşatdığını qeyd ediblər.