- Qulu Məhərrəmli: "Zaxarovanın açıqlaması cəfəngiyyatdan başqa bir şey deyil"
Beynəlxalq erməni diasporu, Rusiyaya üz tutmuş və "bəlkə də qaytardılar" xülyası ilə yaşayan separatçı tör-töküntülər, bu ölkədəki bəzi erməni təşkilatları, həmçinin Qarabağ separarizminə həmişə açıq dəstək vermiş K.Zatulin kimi ayrı-ayrı muzdlu deputat və məmurlar artıq tarixə qovuşmuş "Artsax" yuxusunun çin olacağına hələ də inanır, bu məsələni yenidən körükləyirlər. Stavropolda "nostalji" erməni abidəsinin açılışı və Rusiya məmurlarının vaxtaşırı səsləndirdiyi separatizm qoxulu bəyanatlar buna sübutdur.
Sherg.az xəbər verir ki, bu sözləri siyasi şərhçi, professor Qulu Məhərrəmli deyib. O, əlavə edib ki, heç bir konkret mahiyyəti, gücü təsiri olmayan MDB-nin özü kimi qısır qurumu olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 2020-ci ildə bu təşkilat "niyə Ermənistana dəstək vermədi?” sualını bu gün yenidən gündəmə gətirib:
"Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Qvardeysk” gənclər forumunda bu barədə danışaraq deyib ki, Ermənistan Qarabağı nə öz ərazisi, nə də müstəqil dövlət kimi tanımadığı üçün KTMT-nin işə qarışmasınü hüquqi əsas olmayıb.
Bu cəfıngiyyata etiraz edən Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Qarabağ beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Buna görə də KTMT məsələsini davamlı şəkildə gündəmdə saxlamaq və Ermənistanın Qarabağı tanıyıb-tanımaması ilə əlaqələndirmək düzgün deyil.
Rəsmi Bakı vurğulayıb ki, Moskva-Yerevan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır".