Rusiya Müdafiə Nazirliyi Ukraynada yanacaq-enerji və nəqliyyat infrastrukturu obyektlərinə zərbələr endirildiyini bildirib.
Sherg.az xəbər verir ki, məlumata görə, əməliyyat-taktiki aviasiya, pilotsuz uçuş aparatları, raket qoşunları və artilleriya vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi obyektlər vurulub.
Bundan əlavə, uzaqmənzilli dronların saxlanıldığı və yığıldığı məntəqələrə, həmçinin Ukrayna hərbi birləşmələrinin və xarici muzdluların müvəqqəti yerləşdiyi 148 əraziyə zərbələr endirildiyi qeyd olunub.
Nazirlik həmçinin bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri son sutkada 715 pilotsuz uçuş aparatını, 7 idarəolunan aviasiya bombasını və 2 HIMARS mərmisini məhv edib.