Soltan Məmmədov ŞƏT-in yaşıl inkişaf üzrə Forumunda çıxış edib
17:45 08.07.2024
Gündəm
417
Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Soltan Məmmədov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yaşıl inkişaf üzrə Forumunda çıxış edib.
APA-nın xəbərinə görə, “Yaşıl inkişaf yolunda birgə irəliləmə, insan və təbiətin harmonik mövcudluğunun təşviqi” mövzusunda panel iclasında çıxışı zamanı Soltan Məmmədov Azərbaycanın Avrasiya məkanında əsas tranzit qovşağına çevrilməsi, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin qovşağında yerləşməsi, “Bir kəmər, bir yol” layihəsinin nəqliyyat infrastrukturunun yaradılmasında rol barədə danışıb.
Ətraflı
Deputat qeyd edib ki, karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycan “yaşıl enerji”yə keçid prosesinə də öz töhfəsini verməyə hazır olduğunu hər zaman nümayiş etdirib. Azərbaycan bərpa olunan enerji mənbələrinə qoyulan investisiyanın ÜDM-də payına görə aparıcı ölkələrin siyahısındadır: “Qürur hissi ilə qeyd etmək istəyirəm ki, mənim ölkəm beynəlxalq birliyin etimadı sayəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına evsahibliyi etmək hüququ qazanıb”.
Milli Məclislə Parlamentlərarası İttifaq arasında COP29 çərçivəsində Parlament Konfransının təşkili ilə əlaqədar Anlaşma Memorandumu imzalandığını xatırladan Soltan Məmmədov COP29 Parlament iclası üçün hazırlanmış sənəd layihəsi barədə ətraflı məlumat verib. Bildirib ki, COP29 parlament iclasının yekun sənəd layihəsi bütün dünyanı narahat edən problemləri əhatə edir: “Hesab edirəm ki, biz dünyanı təhdid edən, gələcəyimizlə bağlı suallar yaradan qlobal məsələləri müzakirə etmək üçün bütün platformalardan ən effektiv səviyyədə istifadə etməyə çalışlmalıyıq. Bugünkü toplantı da göstərir ki, artıq dünya dövlətləri, beynəlxalq ictimaiyyət, eləcə də sadə insanlar bizi və gələcək nəsilləri, bütün planetimizi təhdid edən təhlükənin fərqindədirlər”.
Soltan Məmmədov əmin olduğunu bildirib ki, COP29 sessiyası dünya tarixində qlobal iqlim dəyişiklikləri ilə mübarizədə yeni bir səhifə açacaq. Azərbaycan buna nail olmaq üçün bütün imkanlarını səfərbər etməyə hazırdır. Deputat Şanxay Əməkdaşlıq Təşkilatına üzv və müşahidəçi statuslu ölkələrin parlamentarilərini COP29 sessiyasına fəal dəstək verməyə və tədbirdə iştirak etməyə dəvət edib.
Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yaşıl inkişaf üzrə Forumunda Azərbaycanı Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin rəhbərliyi ilə deputatlar Fatma Yıldırım, Elnur Allahverdiyev və Soltan Məmmədovun daxil olduğu nümayəndə heyəti təmsil edir.
Oxşar xəbərlər
Emi Karlon: Xankəndiyə ikinci dəfə səfər edirəm, ötən müddətdə yeni inkişafın şahidi oldum
12:47 11.09.2026
Hikmət Hacıyev: Qarabağda və digər ərazilərimizdəki bütün mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur
12:34 11.09.2026
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya