TDT-nin dövlət başçıları Azərbaycana COP29-la bağlı dəstək veriblər
18:31 06.07.2024
Gündəm
452
Türk Dövlətləri Təşkilatının dövlət başçıları 2024-cü il noyabrın 11-22-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi etməkdə Azərbaycan Respublikası Hökumətinə uğurlar arzulayır və Konvensiyanın tərəflərinin gözləntiləri əsasında COP29-un konkret nəticələrinin əldə edilməsində Azərbaycanın ardıcıl səylərini dəstəkləyirlər.
“Report” xəbər verir ki, bu, “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”ndə əksini tapıb.
Bəyannamədə qeyd edilir ki, dövlət başçıları BMT-nin İqlim Dəyişmələri Konfransının illik təqvimində “Dağlar və İqlim” adlı yeni qlobal dialoqun yaradılması təşəbbüsünün təşviqində iştirak etməyə hazır olduqlarını bildirir və “Dağ gündəliyinin irəlilədilməsi üçün fəaliyyətə çağırış: UNFCCC çərçivəsində əsas dağlar” sənəd layihəsinə qoşulmağı nəzərdən keçirirlər, Qazaxıstanın 2026-cı ildə BMT və beynəlxalq təşkilatların himayəsi altında Regional İqlim Sammitinə ev sahibliyi etmək təşəbbüsünü alqışlayırlar.
Qeyd edək ki, iyulun 6-da Şuşada “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçirilib.
Oxşar xəbərlər
Özbəkistan Ermənistana Mərkəzi Asiya-Cənubi Qafqaz dəhlizinin inkişafını təklif edib
13:31 11.09.2026
Emi Karlon: Xankəndiyə ikinci dəfə səfər edirəm, ötən müddətdə yeni inkişafın şahidi oldum
12:47 11.09.2026
Hikmət Hacıyev: Qarabağda və digər ərazilərimizdəki bütün mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur
12:34 11.09.2026
Xəbər lenti
Hamısına bax
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol