Tehranda İranın ali dini lideri Əli Xameneinin və ailə üzvlərinin nəşlərinin müşayiəti ilə matəm yürüşü keçirilib. Minlərlə insanın qatıldığı mərasimdə təhlükəsizliyi polis və hərbçilər təmin edib.
Sherg.az xəbər verir ki, məlumata görə, Xameneinin nəşi əvvəlcə Qum şəhərinə, daha sonra isə İraqa aparılacaq. Dəfn mərasiminin iyulun 9-da Məşhəd şəhərində, İmam Rza məqbərəsi yaxınlığında keçirilməsi planlaşdırılır.