"İrandakı vəziyyətə dair qarışıq və ziddiyyətli xəbərlər yayılır. Xamneyi rejiminin sosial-iqtisadi vəziyyətə etiraz edənlərə qarşı sərt davrandığı, 28 dekabrdan bu yana 500 nəfərin öldürüldüyü, 10 mindən çox şəxsin həbs olunduğu bildirilir".
Sherg.az xəbər verir ki, bu sözləri professor Qulu Məhərrəmli deyib. Onun sözlərinə görə bununla yanaşı 90 milyonluq İran hələ də çalxalanmaqdadır:
"Tehranda və bəzi iri şəhərlərdə etirazlar davam edir. Xüsusən gənclər geri çəkilmir. Etirazçılar ABŞ prezidentinin İrana zərbə endirmək vədinə hələ də inanırlar.
Dünən ABŞ prezidenti Donald Tramp İran rəhbərlərinin onunla danışıq aparmaq istədiyini bildirib. Avropa ölkələrində isə İran rejimi əleyhinə mitinqlər keçirilir…".