Tramp: Putin və Zelenski sülh sazişi imzalamaq istəyir

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra bildirib ki, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Zelenski müharibənin başa çatmasında maraqlıdır.

Sherg.az xəbər verir ki, Trampın sözlərinə görə, son həftələrdə müəyyən irəliləyiş əldə olunub və iki liderin birbaşa görüşü faydalı ola bilər. Zelenski isə ABŞ-ın dəstəyinin Ukrayna üçün vacib olduğunu vurğulayaraq, görüşdə ölkəyə sülhün necə gətirilə biləcəyinin müzakirə edildiyini bildirib.

Tramp həmçinin açıqlayıb ki, Vaşinqton Ukraynaya “Patriot” hava hücumundan müdafiə raketlərinin lisenziyalı istehsalı üçün icazə verəcək. Onun sözlərinə görə, bu addım Ukraynanın müdafiə imkanlarını gücləndirəcək və Kiyevin kifayət qədər silah almadığı ilə bağlı tənqidlərin qarşısını alacaq.