ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı hələ qərar vermədiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, məsələ hazırda müzakirə olunur və yaxın vaxtlarda bununla bağlı yekun qərar veriləcək.
ABŞ Prezidenti Konqres tərəfindən hazırlanan qanun layihəsini imzalamaq ehtimalını da istisna etməyib.
Qeyd edək ki, daha əvvəl CNN ABŞ rəsmisinə istinadən Donald Trampın senator Lindsi Qremin təşəbbüsü ilə hazırlanan Rusiyaya qarşı yeni sanksiyalar paketini dəstəkləməyə meylli olduğunu bildirmişdi