Trampın qərarı fəlakətdir: 5 il ərzində 14 milyon insan ölə bilər
12:12 01.07.2025
Gündəm
391
ABŞ hökumətinin xarici yardımları dayandırması nəticəsində 2030-cu ilə qədər qarşısı alına biləcək 14 milyon ölüm hadisəsi baş verə bilər. ABŞ-nin yardımları 2001–2021-ci illər arasında 91 milyon insanın həyatını xilas edib.
Sherg.az xəbər verir ki, dünyanın ən nüfuzlu tibb jurnallarından biri olan “Lancet”də, ABŞ administrasiyasının xarici yardımları dayandırmasının doğura biləcəyi nəticələrlə bağlı bir araşdırma dərc olunub.
Tədqiqata görə, Amerika xarici yardımlarının kəsilməsi səbəbilə 14 milyon insan həyatını itirə bilər.
ABŞ Prezidenti Donald Tramp, 20 yanvarda vəzifəyə başladıqdan sonra dünyanın ən zəngin adamı Elon Maskı Hökumət Effektivliyi Departamentinin rəhbəri təyin etdi.
Həmin günə qədər ABŞ Beynəlxalq İnkişaf Agentliyi, qlobal humanitar yardım fondunun 40 faizini maliyyələşdirirdi.
Elon Mask bu yardımların dayandırılmasını belə izah etdi: “Yardım agentliyini odun doğrayıcıdan keçirdik.”
“Lancet” jurnalında dərc olunan araşdırmanın həmmüəllifi, Barselona Qlobal Sağlamlıq İnstitutundan Davide Rasella bildirib ki, yardımların kəsilməsi nəticəsində həssas əhali qruplarında son 20 ildə səhiyyə sahəsində əldə olunmuş irəliləyiş geri dönə bilər.
Beynəlxalq tədqiqatçıların məlumatlarına əsasən, 2001–2021-ci illər arasında ABŞ-nin yardımları 91 milyon insanın ölümünün qarşısını alıb.
133 ölkədən toplanan məlumatlar göstərir ki, həmin dövrdə ABŞ-nin dəstəkləri saysəsində milyonlarla insan həyatda qalıb.
Proqnozlara görə, yardımların kəsilməsi 2030-cu ilə qədər 14 milyondan çox qarşısı alına biləcək ölümə səbəb ola bilər. Bu ölümlərin 4,5 milyonu 5 yaşdan aşağı uşaqlar olacaq.
Tədqiqatda qeyd olunur ki, ABŞ-dən yardım alan ölkələrdə HİV və QİÇS səbəbli ölüm halları yardım almayan ölkələrlə müqayisədə 65% azdır.
ABŞ-nin bu yardımları dayandırmasından sonra Almaniya, Fransa və Birləşmiş Krallıq da oxşar mövqe sərgiləyərək yardımları azaldıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leyla Əliyeva Türkmənistanda səfərdədir
18:27 19.10.2026
Gündəm
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə