Türkiyə Səudiyyə Ərəbistanı, Misir və Pakistanı dördtərəfli görüş üçün İstanbula dəvət edib

Yeni tədris ilinə hazırlıqlar başlayıb artıq. Valideynlər məktəbli forması, çanta, hər cür dərs ləvazimatı axtarışınadadır. Bu mənada ki ailə büdcəsinə uyğun olsun, əlavə və böyük xərclərə düşməsinlər. Amma bundan da vacibi uşağın sağlamlığıdır.

Diqqət etsək görərik ki son illərdə ibtidai təhsilə başlanmasında yaş kriteriyasında dəyişiklik gedir. Bir çox ailələr övladlarını 6 yaşdan məktəbə göndərmir, gözləyirlər 7 yaşı tamam olsun, sonra. Bu, uşağın fiziki və psixoloji hazırlığından da asılıdır, valideynin seçimindən də. Kimisi hesab edir ki, övladı məktəb təhsilinə başlamağa hələ hazır deyil, kimisi də bir sıra həkimlərin tövsiyəsinə uyğun davranıb övladının sümük-skelet sisteminin bərkiməsini gözləyir. Hətta uşaq məktəbə hazır kimi görünsə də. 

Həkim-pediatr Vaqif Qarayev Sherg.az-a açıqlamasında uşaqların məktəbə hazırlığında vacib olna məsələlərə toxundu: 

- Qısaca deyəcəm. 6 yaşlılara düzgün oturmaq qaydalarını öyrətmək lazımdır, indidən ki, sonra onurğa sütununda deformasiyalar yaranmasın. Uşağın gözü ilə masa – parta arasındakı məsafə ortalama 30 sm olmalıdır. Bir ağrılı məsələ də hələlik öz aktuallığını saxlayır, bu da məktəbli çantalarıdır. Məktəbli çantasının ağırlığı içərisindəki ləvazimatlarla birlikdə uşağın çəkisinin 10 faizi qədər olmalıdır. Yəni təxminən 2-2,2 kq. Allı-güllü, “dəblidir” deyib, uşağın çəkisindən də ağır çantalar almaq mənasızdır. Çanta funksional olmalıdır. Yoxsa onurğada deformasiyalar yaranacaq.