Uruqvaylı jurnalist: Şuşa Forumu dünyanın hər yerindən olan həmkarlarla görüşmək imkanı yaradır

Latın Amerikasının "Cənub Konusu" regionu ilə Azərbaycan və ya Cənubi Qafqaz arasında əlaqələr çox azdır.

Bunu Teleqraf-a açıqlamasında IV Şuşa Qlobal Media Forumunda iştirak edən uruqvaylı jurnalist Maria Eugenia Rodriguez deyib.

O bildirib ki, Forum dünyanın hər yerindən olan jurnalistlərlə görüşmək imkanı yaradır.

"Mən Uruqvaydanam, burada həmkarlarla görüşmək, ölkəni tanımaq, insanların necə yaşadığını görmək və yerli mətbuat nümayəndələri ilə tanış olmaq mənim üçün çox vacibdir. Dünən sadəcə Şuşada yeni inşa edilən Qarabağ küçəsində bir az gəzdik. Hələ çox yeri görməmişəm. Ümid edirəm ki, bu gün bu tarixi şəhəri daha çox gəzə biləcəyəm", - o vurğulayıb.