Xarici səyyahların Qarabağa səfəri başlayıb
Yusif Nəzərli
06:33 25.07.2024
Gündəm
374
Dünya miqyasında 4 böyük səyyah klubundan biri olan - MTP (Most Traveled People) səyahət klubunun rəhbəri də daxil olmaqla, 35 nəfərlik geniş heyətin bu gün Qarabağa səfəri başlayıb.
Sherg.az xəbər verir ki, heyətə dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluğa düşmüş Çarlz Vili (Charles Veley) rəhbərlik edir, səfərə 13 ölkədən beynəlxalq səyahətçilər qatılıb. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digər ölkələrləri də var.
Bundan əvvəl MTP (Most Traveled People) 3 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib, bu, həmin klubun işğaldan azad edilən ərazilərə sayca 4-cü səfəridir.
Vətən müharibəsindən ötən 4 il ərzində isə 50-ə yaxın ölkədən 400 nəfərə yaxın beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzura 10 dəfə səfər edib. Bugünkü səfər bu qəbildən olan sayca 11-ci səfərdir.
Bu səfərlər azad edilmiş ərazilərdəki böyük dağıntılar və aparılan nəhəng quruculuq-bərpa işləri ilə yerində tanış olmağa imkan yaratmaqla, reallıqların dünyaya nümayişi üçün müstəsna əhəmiyyət daşıyır. Beynəlxalq səyyahların sosial mediada dünyanın ən müxtəlif bölgələrindən xeyli sayda izləyici ordusu var.
MTP (Most Traveled People) səyahət klubunun təsisçisi və rəhbəri, amerikalı səyyah Çarlz Vili (Charles Veley) bir neçə gün əvvəl “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumununda da iştirak edib. O, həmin forumda “fake news”ları ifşa etməkdə beynəlxalq səyahətçilərin rolunu vurğulayıb, bir sıra xarici media orqanlarında Qarabağ barədə təqdim olunan saxta məlumatlarla yerində gördükləri arasında kəskin fərqi izah edib.
MTP-nin bu dəfəki səfəri 3 gün davam edəcək. Heyətin Qarabağa səfəri Füzulidən başlayıb. Bu gün beynəlxalq səyahətçilər Xocavənddə, Şuşada, Xankəndində və Ağdamda olacaq. Sabah isə onlar Şərqi Zəngəzura səfər edəcək. Səfərin sonuncu günü isə heyət Zəngilanda və Cəbrayılda olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya