Türkiyə mediası xəbər verir ki, bundan əlavə, iki ölkənin birgə hərbi fəaliyyətlərini gücləndirəcəyi və hərbçilərin hazırlığının qarşılıqlı şəkildə həyata keçiriləcəyi bildirilib
Yarım milyard dollarlıq gizli razılaşma!
Yusif Nəzərli
07:12 26.07.2024
Gündəm
307
İran və onun müttəfiqi Ermənistan qalmaqallı işə imza atdı
Türkiyə mediası xəbər verir ki, bundan əlavə, iki ölkənin birgə hərbi fəaliyyətlərini gücləndirəcəyi və hərbçilərin hazırlığının qarşılıqlı şəkildə həyata keçiriləcəyi bildirilib
Türkiyə mediası xəbər verir ki, bundan əlavə, iki ölkənin birgə hərbi fəaliyyətlərini gücləndirəcəyi və hərbçilərin hazırlığının qarşılıqlı şəkildə həyata keçiriləcəyi bildirilib
İran və Ermənistan arasında silah tədarükü ilə bağlı məxfi müqavilə imzalanıb. Bildirilir ki, müqavilənin dəyəri 500 milyon dollar olaraq qiymətləndirilir. Məlumata görə, müqaviləyə “Shahed 136”, “Shahed 129”, “Shahed 197” və “Mohajer” pilotsuz uçuş aparatları, eləcə də “Khordad-3”, “Majid”, “Khordad-15” və “Arman” raket sistemləri daxildir.
"Sherg.az" Türkiyə mediasına istinadən xəbər verir ki, bundan əlavə, iki ölkənin birgə hərbi fəaliyyətlərini gücləndirəcəyi və hərbçilərin hazırlığının qarşılıqlı şəkildə həyata keçiriləcəyi bildirilib. İrandan başqa Ermənistan Hindistan, Fransa və Rusiya vasitəsilə silah tədarük edirdi. Azərbaycan mətbuatında dərc olunan xəbərlərdə Rusiya ilə problemləri olan Ermənistanın yeni müttəfiqlər axtardığı üçün belə bir addım atdığı yazılıb. Ermənistanda 2022-ci ildə hərbi xərclər 795,20 milyon dollar idisə, 2023-cü ildə bu rəqəm 1 milyard dolları ötüb. Azərbaycan mediası da belə bir xərcin Ermənistan iqtisadiyyatını çətinliyə salacağını xatırladıb.
"Zəngəzur dəhlizi İranın yuxusunu qaçırır"
Azərbaycanın Qarabağdakı qələbəsindən sonra narahatlığını gizlədə bilməyən İran sərhədə bir neçə dəfə ordu yeridib, təlimlər keçirib, Bakı və Ankaranı təhdid edib: "Tehran administrasiyası həmçinin İran və Ermənistanı birləşdirən marşrutun məhdudlaşdırılmasına icazə verməyəcəyini bəyan edib. Naxçıvanla Azərbaycanı birləşdirəcəyi gözlənilən Zəngəzur dəhlizi İranın yuxusunu qaçırır. Çünki dəhliz İranla Ermənistan arasında quru əlaqəni kəsə bilər.
Azərbaycan 130 km ərazini nəzarətə aldı
Qarabağda işğal altında olan torpaqlar bir-bir azad edilərkən İranın şimalında yaşayan azərbaycanlılar sərhəd xəttinə gələrək sevinc nümayiş etdirdilər. Azərbaycan ordusunun tarixi qələbəsi ilə İran sərhədinin 130 kilometrlik hissəsinə nəzarət Bakıya keçdi. Müharibənin başa çatması ilə İran ilk addımını ataraq Azərbaycan sərhədində hərbi təlimə başladı. Qarabağ Ermənistanın işğalı altında olarkən heç bir təlim keçirməyən İranın birdən-birə Azərbaycan sərhədində "gücünü göstərməyə başlaması" gündəmi dəyişdi. Rəsmi açıqlamalarda Tehran administrasiyası Azərbaycanın burnunun dibində həyata keçirilən “müharibə oyunu”nun terrorçulara qarşı hazırlıq olduğunu dedi.
"“Mesajımız aydındır: Bir gün gələcəyik” deyildi"
İranın sərhədə qoşun cəmləməsinə Türkiyə və Azərbaycan birgə təlimlər keçirərək cavab verdi. Sözügedən addım Tehranda Bakıya qarşı qəzəbi daha da artırdı. İranın əsl narahatlığı Türkiyənin regional gücə çevrilməsi idi. İranda hökumətə yaxın media Türkiyənin regionda artan təsirini tənqid edərək, Ankaranın Tehranla İrəvan arasında əlaqəni kəsməyi hədəflədiyini yazırdı. 2023-cü ilin martında İranda kamikadze pilotsuz uçan aparatlardan istifadə edildiyini əks etdirən görüntülər yayımlandı. Ad çəkmədən Azərbaycan və Türkiyəni birbaşa təhdid edən videoda “Mesajımız aydındır: Bir gün gələcəyik” deyildi. İran hərbi qüdrət nümayişi ilə Azərbaycanı nəzarətdə saxlamağa çalışsa da, nəticəsi olmadı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm