Zelenski: Ukrayna HHM-i “İsgəndər” raketlərinin heç birini vura bilməyib

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkənin hava hücumundan müdafiə sistemləri Rusiyanın ballistik raketlərinə qarşı hələ də çətinliklə üzləşir.

Sherg.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, ötən gecə Kiyevə atılan altı ədəd “İsgəndər” raketindən heç biri zərərsizləşdirilə bilməyib.

O, NATO çərçivəsində razılaşdırılmış hərbi yardım paketlərinin sürətlə həyata keçirilməsinə və Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələri ilə təmin olunmasına çağırıb. Zelenski, həmçinin “Patriot” sistemləri ilə bağlı razılaşmaların tezliklə icra edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, ötən gecə Kiyev və Odessa vilayətində bir sıra hədəflərə zərbələr endirildiyi barədə məlumat yayılıb. Ukrayna tərəfi hücumların nəticələri ilə bağlı araşdırmaların davam etdiyini bildirir.