Mingəçevirdə intihar: 57 yaşlı qadın özünü 5-ci mərtəbədən atdı

Mingəçevirdə intihar hadisəsi baş verib.

APA -nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Naxçıvan küçəsi 48 ünvanında qeydə alınıb.
1962-ci il təvəllüdlü şəhər sakini Qiyafət Əliyeva özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.
İntihar edən şəxsin psixoloji problemlərinin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.