Lotu Qulinin “obşakı” ələ keçirildi - 10 “qanuni oğru” saxlanılıb


Gürcüstan polisinin apardığı əməliyyat nəticəsində 10 “qanuni oğru” saxlanılıb. Lent.az -ın xarici KİV-ə istinadən məlumatına görə, həbslər Batumi, Marneuli, Dmanisi, Rustavi və Tbilisidə aparılıb.

Məlumata görə, həbs olunalar “Lavasoqlu” ləqəbli Mendiya Qoradze və Lotu Qulinin Namiqin adamları olublar. Həbs edilənlərdən biri Azərbaycana keçmək istəyərkən, Qırmızı körpüdə ələ keçib.

Onların üzərindən külli-miqdarda pul götürülüb. Həmin pullar “obşak” üçün nəzərdə tutulubmuş.

Saxlanılanları 7 ildən 10 ilədək həbs gözləyir.